Unibank-ın yeni sahibləri bilindi – Nizamnamə kapitalı 6.8 mln. manat artırıldı
29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 6,800,000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşmışdır. Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Abunə yazılışı zamanı anderrayterə 7 investor tərəfindən 2,72 manat qiymətindən 7 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 6,800,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 6,800,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Buna qədər "Unibank"ın 142 586 357.6 manat nizamnamə kapitalı vardı. Kapitalın həcmi 5% artırılmış oldu.
Hazırki səhmdarları:
86,7% – Eldar Qəribov
7,3% – Canley Fınance Sa Təşkilatı
5,5% – Zemfira Cəfərova, Emin Quliyev, Faiq Hüseynov və digər 4 yerli fiziki şəxs
0,5% – xarici fiziki şəxs (Tsagkamılıs Georgıos)

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
McDonalds haqqında maraqlı faktlar
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İban nədir?
Biznes nədir?