"Unibank" səhmdarlarının ümumi yığıncağı qərarını açıqladı

"Unibank" Kommersiya Bankı" ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.
Marja.az xəbər verir ki, Bankın strukturunda və idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi barədə məsələnin müzakirəsi zamanı, səhmdarlar idarəetmə strukturunda dəyişikliklər edilməsi ilə bağlı bir sıra qərarlar qəbul ediblər.
Səhmdarların qərarına əsasən, Müşahidə Şurasının üzvü Kristof Gabriel Maetze missiyası bitdiyi üçün MŞ üzvü kimi fəaliyyətini dayandırıb.
İdarəetmə strukturundakı digər dəyişikliklərə əsasən, 1 yanvar 2023-cü il tarixdən etibarən Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov Müşahidə Şurası sədrinin müavini təyin olunub.
Hazırda İdarə Heyəti sədrinin 1-ci müavini, İcraçı direktor vəzifəsində olan Fərid Abuşov İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvü Heybət Qədirov isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Ümumi yığıncağın qərarı ilə Risklər üzrə Baş Direktor Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı təyin olunub. 
Qeyd edək ki, Müşahidə Şurası sədrinin müavini təyin edilən Faiq Hüseynov Unibank yaranandan (2002-ci ildən) etibarən bankın İdarə Heyətinin sədri olub. Onun banka rəhbərlik etdiyi 20 il ərzində Unibank böyük nailiyyətlərə imza atıb. 1994-cü ildən başlayaraq bank sektorunda rəhbər vəzifələrdə çalışan Faiq Hüseynovun rəhbərliyi dövründə Unibank nüfuzlu beynəlxalq qurumlar tərəfindən 6 dəfə Azərbaycanda ilin ən yaxşı bankı nominasiyalarının qalibi olub. Bu dövrlərdə Avropa Yenidənqurma və İnkişaf  Bankı ilk dəfə "Unibank"ın nümunəsində bir Azərbaycan bankının səhmdarları sırasına daxil olub.  Bu illər ərzində Unibank Azərbaycanın ən aktiv kredit təşkilatı kimi real sektorun inkişafına, iqtisadiyyatın maliyyələşdirilməsinə böyük dəstək göstərib. Bank rəhbərliyinin peşəkar idarəçiliyi və kollektivin əzmkarlığı sayəsində bu illər ərzində əsas maliyyə göstəricilərinə görə, Unibank hər zaman ilk sıralarda olub. Hazırda bankın aktivlərinin həcmi 1,3 milyard manatı ötüb. Məcmu kapitalın həcmi isə 122 milyon manatdan çoxdur. Ölkənin ən innovativ banklarından birinə çevrilən Unibank, ölkə bank bazarı üçün ilk olan "mobile-only" (filialsız bank) prinsipi ilə işləyən Leo rəqəmsal bankçılıq xidmətini də təqdim edib. 
Unibank KB-nin İdarə Heyətinin yeni sədri Fərid Abuşov 15 ildən artıqdır ki, bank sektorunda çalışır. Bank rəhbərliyində uzunmüddətli təcrübəyə malik olan Fərid Abuşov, 2019-cu ilin iyun ayından Unibank komandasının üzvüdür. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin "İqtisadiyyat" və Royal Holloway Universitetinin "Ekonometrika və İqtisadiyyat" ixtisasları üzrə məzunudur.
İdarəetmə sistemində edilən yeniliklər, yeni kadr təyinatları "Unibank"ın yaxın illərdə ölkə bank bazarında mövqeyini daha da gücləndirməklə yanaşı, daxili kadr potensialından bank rəhbərliyində daha səmərəli istifadə etmək məqsədlidir və eyni zamanda daxili kadrlara yüksək dəyərin göstəricisidir. Bankın korporativ idarəçiliyində yeni mərhələ olan bu addım, təcrübəli və peşəkar kadrların Müşahidə Şurasında təmsil olunması, Şura üzvlərinin  bankın idarəçiliyində yaxından iştirakına şərait yaratmaq məqsədi daşıyır. Bankda uzun müddət çalışan peşəkar rəhbərlik heyətinin Müşahidə Şurasında təmsil olunması prosesi davam edəcək. Bu, həm də bankın İnsan Resursları Strategiyasına uyğun olaraq daxili kadrların inkişaf etdirilməsi və rəhbər vəzifələrin onlara həvalə edilməsi istiqamətində növbəti addımdır. 

Banklar     Tarix: 20 dekabr 2022

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler internetden pul qazanmaq rubl mezenne dollar kursu dollar məzənnəsi