Unibank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

Unibank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb®"Unibank" KB ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. "Unibank"ın İdarə heyətinin sədri Fərid Abuşovla UNEC rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum bankla universitet arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treyninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və digər istiqamətləri nəzərdə tutur.
Əməkdaşlıq memorandumunu yüksək qiymətləndirən Unibank sədri Fərid Abuşov, UNEC-lə əməkdaşlığın perspektivlərini qeyd edərək, bankın universitet tələbələrinin peşəkar mütəxəssis kimi yetişməsində, bank əməkdaşı bacarıqlarının öyrədilməsində dəstək olacağını qeyd edib. Fərid Abuşov bildirib ki, ölkə bank sektorunda ən yaxşı bank məktəbləri sırasında olan Unibank, peşəkar bank əməkdaşlarının yetişdirilməsində uzun illərə dayanan təcrübəyə malikdir. Əməkdaşlıq memorandumu UNEC tələbələrinin öz təhsil biliklərini bu dəyərli təcrübə əsasında daha da dərinləşdirməyə imkan yaradacaq.
UNEC haqqında ətraflı məlumat verən rektor Ədalət Muradov, universitetdə son illərdə həyata keçirilən yeniliklərdən, universitetin hədəflərindən söz açıb. Real sektorla birbaşa ünsiyyətin əmək bazarının öyrənilməsi və təhsilin bu tələblərə uyğunlaşdırılması baxımından vacibliyini vurğulayan rektor, bu əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsirinin olacağına inandığını bildirib. "Unibank"la əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, maliyyə sektoru ilə universitetin uzun müddətdir davam edən sıx əməkdaşlıqları və bu istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Görüşdə gələcəkdə həyata keçirilməsi mümkün olan birgə layihələrdən də danışılıb. 
Unibank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb/ banker.az

Banklar     Tarix: 05 mart 2025

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri