"Unibank"da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
®Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşü Unibank KB ASC-nin Baş ofisində keçirilib. Görüşün budəfəki mövzusu "Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?" olub.
Tədbirin moderatoru, Unibank KB ASC-nin Baş Biznes İnzibatçısı və AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev mövzunun ölkə biznes mühiti üçün aktuallığını vurğulayıb. O bildirib ki, alternativ maliyyələşmə alətləri yerli şirkətlər üçün maliyyə dayanıqlılığının artırılmasına, bizneslərin inkişafı və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfə verir.
Görüş çərçivəsində Bakı Fond Birjasının Baş Listinq məsləhətçisi Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri barədə təqdimatla çıxış edib. Daha sonra İlkin Quliyev və Fərhad Mənsurov birgə müzakirədə bizneslərin ənənəvi maliyyələşmə vasitələri ilə kapital bazarları üzərindən maliyyələşmə imkanlarını müqayisə edərək hər bir modelin üstünlüklərinə diqqət çəkiblər.
Görüşdə, həmçinin, bazar şəffaflığının artırılması, investor inamının gücləndirilməsi və tənzimləyici islahatların davam etdirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.
Unibank kapital bazarlarının inkişafına dəstək verməklə, bizneslərin maliyyələşmə alternativlərini genişləndirməyi, şirkətlərin daha rəqabətədavamlı və dayanıqlı böyüməsinə şərait yaratmağı hədəfləyir.
Unibank-Sənin Bankın!
/ banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi