Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb

Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb2023-cü ilin ilk rübü ərzində "Unibank" KB ASC biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib.
Bankın yaydığı məlumatda bildirilir ki, biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq 290 milyon manata çatıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 %-ə yaxın çoxalıb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarın hesablaşma kassa əməliyyatları üzrə 14% artım qeydə alınıb. Təkcə korporativ müştəri sayı üzrə artım 38 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 37 % olub. 2022-ci ilin birinci rübü ilə müqayisədə, bu ilin ilk rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 70 %-ə çatıb. Biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Bu, onlayn kreditlərin satışında qeydə alınan artımda özünü göstərir. Onlayn kreditlərin satışının artımı məbləğ olaraq 18 %-i ötüb. Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 34 %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 15 %-ə yaxınlaşıb. 
Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi yüksəlmə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 66 % artaraq, 145 milyon manata çatıb. Portfel üzrə verilən mikrokreditlərin sayı 2022-ci ilin birinci rübü ilə müqayisədə 46 %,  müştəri sayı isə 41 % artıb.  Ötən ilin uyğun dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 22 %, məbləğində isə 36 %  artım var. 
"Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, birinci rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir. / marja.az

Banklar     Tarix: 10 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq