"Unibank"ın əməliyyat mənfəəti 7 dəfədən çox artıb – DEPOZİT PORTFELİ 1 MİLYARDI AŞIB

"Unibank" Kommersiya Bankı ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 4 milyon 290 milyon manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü, mümkün zərərlər üçün yaradılan məqsədili ehtiyatlara vəsait ayırması ilə əlaqədar olaraq 4 milyon 143 min manat xalis zərər ilə bağlamışdı. İlk rübdə "Unibank", gəlirlərinin artması hesabına xalis mənfəət əldə edib.
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 74 milyon 788 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 60 milyon 572 min manat, əməliyyat mənfəəti 14 milyon 216 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 9 milyon 926 min manat mümkün zərərlər üçün yaradılan məqsədili ehtiyatlara ayırıb. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə "Unibank"ın cəmi əməliyyat gəlirləri  47 milyon 928 min manat, cəmi əməliyyat xərcləri 46 milyon 42 min manat, əməliyyat mənfəəti 1 milyon 886 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədili ehtiyatlara 6 milyon 29 min manat ayırmışdı.
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "Unibank"ın əməliyyat gəlirləri 26 milyon 860 min manat və ya 56%, əməliyyat xərcləri 14 milyon 530 min manat və ya 31,6% artıb. Bankın əməliyyat mənfəəti isə 12 milyon 330 min manat və ya 7,5 dəfə artıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2023-cü il tarixində "Unibank" 1 milyard 446 milyon 168 min manat cəmi aktivlərə, o cümlədən 940 milyon 572 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 50 milyon 979 min manat və ya 5,7% artıb. 
2022-ci ilin sonu ilə müqayisədə cari ilin ilk rübündə "Unibank"ın istehlak kreditləri portfeli 31 milyon 667 min manat artarq 578 milyon 873 min manata, biznes kreditləri portfeli 15 milyon 471 min manat artaraq 289 milyon 796 min manata,  ipoteka kreditləri portfeli isə 3 milyon 840 min manat artaraq 71 milyon 902 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə "Unibank"da depozitlər 11 milyon 513 min manat artaraq 1 milyard 1 milyon 257 min manata çatıb. Ötən ilin sonunda Bankın depozit portfeli 989 milyon 744 min manat təşkil etmişdi. İlk rübdə fiziki şəxslərin depozitləri 4 milyon 681 min manat artaraq 776 milyon 37 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 833 min manat aratraq 225 milyon 220 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB 
31 Mart 2023-cü il tarixində "Unibank" 133 milyon 501 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 127 milyon 609 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne