"Unibank"ın istiqrazları listinqə daxil edilib
21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 12,000,000 (on iki milyon) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentlərin hesabatlılığı" (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
İstiqrazların növü və forması
İstiqrazların sayı
Nominal Dəyəri
İllik faiz dərəcəsi
Tədavül müddəti
Kupon faizlərinin ödəniş müddəti
AZ2014002029
Faizli təmin edilməmiş sənədsiz adlı
12,000
(ədəd)
1,000 ABŞ dolları
8 %
6 il
Hər 90 gündən bir
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər" (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri
Swift nədir?
Digital Card nədir?