VTB (Azərbaycan)-ın xalis mənfəəti 2.8 dəfə artıb
®"Bank VTB (Azərbaycan)" ASC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
Hesabata əsasən, 31 dekabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 39.2 milyon manat, o cümlədən faiz gəlirləri – 24.9 milyon manat, qeyri-faiz gəlirləri – 14.3 milyon manat təşkil edib. 2021-ci ilə müqayisədə bankın faiz gəlirləri 40.9%, qeyri-faiz gəlirləri isə demək olar ki 2 dəfə artıb.
Bank hesabat dövrünü 11.9 milyon manat xalis mənfəətlə bitirib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2.8 dəfə çoxdur.
Dekabrın sonuna bankın kredit portfeli 159.7 milyon manat, o cümlədən ipoteka kreditləri üzrə portfel – 39.2 milyon manat təşkil edib. Bankın ipoteka kreditləri üzrə portfeli il ərzində 28.9% artıb.
Hesabat dövründə VTB (Azərbaycan) biznesin inkişafına 1.5 mindən çox kredit verib ki, bu göstərici 2021-ci ildəkindən 10 dəfə çoxdur. Verilmiş biznes-kreditlərin ümumi məbləği 44.3 milyon manatdan artıqdır.
Əhalinin banka əmanətləri 2022-ci il ərzində 18.4% artaraq 63.8 milyon manat təşkil edib.
2022-ci ilin sonuna bankın likvidlik əmsalı 98,6% təşkil edib ki, bu da AMB-nın minimum tələblərindən 3 dəfədən çox yüksəkdir.
Bankın məcmu kapitalı 2022-ci ildə 16.7% artaraq 80.2 milyon manata çatıb, bu da Mərkəzi Bankın minimal tələblərindən 60.4% çoxdur. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Marketinq nə demədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes təlimlər və tədris üsulları