VTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək verib

VTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək verib®VTB (Azərbaycan) rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertin maliyyə tərəfdaşı qismində çıxış edib. Tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı, Azərbaycandakı Rus Evinin dəstəyi ilə baş tutub.
Konsertdə "Zənglər" vokal-simfonik poeması və Fortepiano və orkestr üçün ikinci konsert səsləndirilib. Konsertin dirijoru Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov olub.
Bakıda keçirilən konsertə Rusiya, Türkiyə və Almaniyadan solistlər dəvət olunub. Moskvadan olan vokalçılar Yelizaveta Kulagina (soprano) və İqor Morozov (tenor) "Zənglər" poemasında iştirak ediblər. Bariton partiyasını hazırda Almaniyada fəaliyyət göstərən məşhur opera müğənnisi Əvəz Abdulla ifa edib. İkinci fortepiano konserti Moskva Konservatoriyasının məzunu, türkiyəli pianoçu Gökhan Aybulusun ifasında səslənib.
"VTB (Azərbaycan) fəaliyyət göstərdiyi illər ərzində respublikanın mədəniyyət və incəsənət sahəsində mühüm hadisələrə fəal dəstək verib. Biz dünya şöhrətli bəstəkar Sergey Raxmaninovun yubileyi kimi genişmiqyaslı tədbirin ərsəyə gəlməsinə öz töhfəmizi verməkdən məmnunuq. Əminik ki, sonuncu konsert bütün klassik musiqi həvəskarları və biliciləri üçün layiqli hədiyyə oldu", – VTB (Azərbaycan) İdarə Heyətinin sədri İqor Okaev bildirib.
Məlumat üçün:
Sergey Raxmaninov rus bəstəkar, pianoçu və dirijordur. Öz yaradıcılığında Sankt-Peterburq və Moskva bəstəkarlıq məktəblərinin prinsiplərini, həmçinin Qərbi Avropa və Yaxın Şərq musiqi ənənələrini qarışdıraraq sintez etmiş və özünəməxsus orijinal üslub yaratmışdır.
İkinci fortepiano konserti 1900-cü ildə Raxmaninov tərəfindən yazılmışdır. İlk dəfə tam olaraq 27 oktyabr 1901-ci ildə Moskvada ifa olunmuşdur. İkinci konsert təkcə Raxmaninovun deyil, bütün dünya musiqi ədəbiyyatının fortepiano və orkestr üçün ən məşhur, populyar və ifa etdiyi əsərlərdən birinə çevrildi.
"Zənglər" poeması 1913-cü ildə Balmontun tərcüməsində Edqar Allan Ponun eyniadlı şeirinin sözlərinə Raxmaninov tərəfindən yazılmış, qarışıq xor, üç solist (soprano, tenor və bariton) və orkestr üçün musiqi əsəridir. 
VTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək veribVTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək veribVTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək veribVTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək verib/ banker.az

Banklar     Tarix: 05 aprel 2023

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld


iqtisadi xeberler valyuta mezennesi bu gunun xeberleri dollar kursu online pul qazanmaq