Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
(®) Xalq Bank XalqOnline mobil və internet bankçılıq sistemində investisiya xidmətini müştərilər üçün əlçatan edib.
Artıq XalqOnline istifadəçiləri olan fiziki və hüquqi şəxslər mobil tətbiq vasitəsilə investisiya imkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəli çıxış əldə edəcəklər.
Xidmətdən yararlanmaqla müştərilər investisiya hesabı açaraq Bakı Fond Birjası tərəfindən daxili bazar üçün təqdim olunan qiymətli kağızların alqı-satqısını həyata keçirə və invesitiya portfellərini mobil tətbiq üzərindən rahatlıqla idarə edə bilərlər.
Çevik idarəetmə paneli ilə istifadəçi ilkin və təkrar bazarda satılan qiymətli kağızlar və məlumatları ilə tanış olub alışı icra edə bilir. Eyni zamanda istifadəçi müvafiq bölmədə öz mövcud qiymətli kağız portfelini izləyərək istədiyi qiymətli kağızları satmaq üçün əməliyyatı reallaşdıra bilər.
XalqOnline vasitəsilə investisiya xidməti ilə aşağıdakı üstünlükləri təqdim edir:
Rəqəmsal və asan qeydiyyat prosesi - istifadəçilər XalqOnline tətbiqinə daxil olmaqla rahatlıqla qeydiyyatdan keçə və investisiya hesabı aça bilərlər.
Real vaxt rejimi – istifadəçilər bazardakı qiymət təkliflərini real vaxtda izləyərək əməliyyatları dərhal icra edə bilərlər.
Etibarlı və təhlükəsiz əməliyyat mühiti - XalqOnline tətbiqində ən yüksək təhlükəsizlik tədbirləri təmin edilir və müştərilərin maliyyə məlumatları və əməliyyatları tam şəkildə qorunur.
Tam inteqrasiya olunmuş investisiya platforması - bütün əməliyyatlar bir platforma üzərindən idarə olunur. Bu, istifadəçilərə investisiya, alqı-satqı və portfel idarəetməsini asanlıqla reallaşdırmağa imkan verir.
Müasir və funksional XalqOnline mobil tətbiqi hər kəs üçün əlçatandır — tətbiqi "App Store", və ya "Google Play" platformalarından yükləmək mümkündür.
Xatırladaq ki, Xalq Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bankdır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi