"Xəzər Kredit İttifaqı"nın ötən il mənfəəti azalıb
"Xəzər Kredit İttifaqı" 2022-ci ili 27 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə kredit ittifaqının mənfəəti 28 min manat olub ki, bu da illik müqayisədə 4% azalma deməkdir.
Bnaker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il "Xəzər Kredit İttifaqı"nın faiz gəlirləri 102 min manat (əvvəlki illə müqayisədə 8.5% çox), faiz xərcləri 8 min manat (27% çox), xüsusi ehtiyatlara ayırmaları 2 min manat, mənfəət vergisi ödəmələri isə 7 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "Xəzər Kredit İttifaqı"nın aktivləri 999 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% çoxdur.
Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 1.7 dəfə artaraq 467 min manata çatıb, o cümlədən borc öhdəlikləri 1.7 dəfə artaraq 432 min manata, nizamnamə kapitalı isə 65% azalaraq 67 min manat təşkil edib.
Xatırladaq ki, "Xəzər Kredit İttifaqı" 1999-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir. / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt