"Yapı Kredi Bank Azərbaycan" 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb.
QSC-nin yaydığı press-relizdə bildirilir ki, bank, güclü kapital bazası və güclü likvidlik göstəriciləri, risklərin ehtiyatlı idarə olunması prinsipləriylə yanaşı, strateji inkişaf prioritetləri çərçivəsində rəqəmsal bankçılıq həllərinin genişləndirilməsinə və əməliyyat proseslərinin təkmilləşdirilməsinə xüsusi önəm verir. Ötən rübü uğurla bitirən bankın 2025-ci ildə xalis mənfəəti 10 milyon manat təşkil edib. 
2024-cü ilin yekunu ilə müqayisədə bankın faiz gəlirləri 14% artaraq 53 milyon manat, qeyri-faiz gəlirləri 12% artaraq 28.7 milyon manat təşkil edib. Ümumilikdə, bankın xalis faiz gəliri 39.5 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 47% artaraq 467 milyon manat təşkil etmişdir ki, bu da bank tarixində ən yüksək göstəricidir.Biznes kreditləri portfeli 64% artaraq 309 milyon manat, istehlak kreditləri portfeli 19% artaraq 97 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 29% artaraq 62 milyon manat təşkil edib.
Bankın depozit portfeli 528 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 431 milyon manat, fiziki şəxslərin depozitləri 96 milyon manat təşkil etmişdir.   
2025-cü ilin 4-cü rübünün yekunlarına dair göstəricilərinə əsasən "Yapı Kredi Bank Azərbaycan" Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımi səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 14.4%, məcmu kapitalının adekvatlıq əmsalı isə 17.1% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 109 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş". bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / marja.az

Banklar     Tarix: 17 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler valyuta xeberleri bitcoin qiymeti investisiya bitkoin almaq