Yaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıb

Yaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıb 2022-ci ilin müvafiq dövründə isə 22 187 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 3.018.594 manat sığorta haqqı toplanmışdır. 2021-ci il ərzində isə 16 177 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 2.423.309 manat sığorta haqqı toplanmışdı.
İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir ki,12 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 37%, sığorta haqlarında isə 25% artım olmuşdur.
2021-ci il ərzində Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 150 manat, 2022-ci ilin müvafiq dövründə isə 136 manat olmuşdur. 
2021-ci il ərzində ölkə xaricində baş vermiş 233 yol-nəqliyyat hadisəsinə görə 712.397 manat, 2022-ci ilin müvafiq dövründə isə 291 yol-nəqliyyat hadisəsinə görə 910.421 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, sığorta ödənişlərinin həcmində 28%, sayında isə 25% artım müşahidə edilmişdir. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 3.057 manat, 2022-ci il ərzində isə 3.128 manat təşkil etmişdir. 2021 və 2022-ci illər ərzində hadisələrin baş verdiyi ölkələr əsasən Rusiya və Türkiyə olmuşdur. Rusiyada baş verən hadisələr üzrə 2021-ci ildə verilmiş orta sığorta ödənişləri 2.869 manat, 2022-ci ildə isə 3.509 manat təşkil etməklə təxminən 22% artmışdır. 
2021- 2022 -ci illərdə xarici ölkələrdə baş vermiş hadisələr üzrə ümumi zərərlilik nisbətlərində fərqlilik müşahidə olunmuşdur. Belə ki, 2021-ci ildə toplanan sığorta haqlarının 29%-i həcmində sığorta ödənişi verilmiş, 2022-ci ildə  isə bu rəqəm  30% təşkil etmişdir.  
Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021-ci il ərzində ölkə daxilində törətdikləri 47 yol-nəqliyyat hadisəsinə görə 100.139,92 manat, 2022-ci ilin müvafiq dövründə isə 57 yol-nəqliyyat hadisəsinə görə 139.947,25 manat sığorta ödənişi həyata keçirilmişdir. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 2.130 manat, 2022-ci il ərzində isə 2.455 manat təşkil etmişdir. Beləliklə, orta sığorta ödənişi 15% artmışdır. 
Aşağıdakı cədvəldə Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021 və 2022-ci illərdə ölkəmizdə törətdikləri qəzalar barədə statistik məlumatlar ölkələr üzrə təqdim edilir.
Yaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıbYaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıbYaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıbYaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıbYaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıb/ marja.az

Banklar     Tarix: 06 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar manat kursu dollar mezenne internetden pul qazanmaq dollarin kursu bu gun