Yaşıl Kart Sistemi çərçivəsində yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib
"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində ölkə xaricinə yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib.
Bürodan Marja-ya verilən məlumata görə, 161 min 20,85 manat (81min 418,24 avro) məbləğində sığorta ödənişi Almaniyanın Hess şəhərində Azərbaycan Yaşıl Kartına malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş hadisəyə görə ödənilib.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Almaniya, Belçika və Bolqarıstanda ümumilkdə 336 yol-nəqliyyat hadisəsi baş verib. Həmin sığorta hadisələrinə görə 804 min 290 manat ödəniş həyata keçirilib.
Yasil Kart sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan Yaşıl Kartlarının satışı həyata keçirilir. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv