Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb

Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb®Yelo Bank 2025-ci ilin yekununa dair maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə nəzər yetirdikdə ötən il Bank üçün böyümə və sabit inkişaf ili kimi yadda qalıb. Xüsusilə kredit və depozit portfelində, aktivlərdə və faiz gəlirlərində əhəmiyyətli artım müşahidə olunub. Belə ki:
– 2025-ci ilin sonuna Yelo Bank-ın aktivləri 1 mlrd 515 mln manat təşkil edib. Bu da əvvəlki ilin sonu ilə müqayisədə 18% – 235 mln manatdan çox artım deməkdir.
– Bankın kredit portfeli böyüyüb: 2025-ci il ərzində kredit portfeli 154 mln manat və ya 16% artımla 1 mlrd 89 mln manata yüksəlib.
– Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 15%, yəni 86 mln-dan çox artımla 673 mln manatı keçib. Bank real sektorun maliyyələşdirilməsində aktiv mövqeyini qoruyaraq il ərzində mikro bizneslərə 418 mln manat vəsait ayırıb. İlin sonuna mikrokredit portfelinin həcmi 417,5 mln manat təşkil edib, bu da 2024-cü ilin analoji dövründən 20%, 70 mln manat çoxdur.
– İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 26 mindən çox müştəriyə istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 68 mln manat, yəni 20%-lik artımla 415 mln manatı ötüb.
– Yelo Bank-ın əmanətləri cəlbedici olmağa davam edib: 2025-ci ilin sonunda Bankın əmanət portfeli 1.1 mlrd təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 165 mln manat və ya 18% çoxdur. 2025-ci ildə portfeldəki 11 mindən çox fiziki şəxsin əmanətləri 809 mln manat təşkil edib.
– 2025-ci ildə faiz gəlirləri də artıb. İl ərzində 28 mln manatdan çox – 19% artan faiz gəlirləri 180 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 20 mln manatı ötüb.
– Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 175 mln manat təşkil edib, bu da əvvəlki ilin eyni dövründən 18%, yəni 26 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.62%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.48% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
– Bankın 2025-ci ildə xalis mənfəəti isə 31.3 mln manat təşkil edib.
Bankın İdarə Heyətinin sədri Anar Həsənov 2025-ci ilin göstəricilərini belə şərh edib: "2025-ci il Yelo Bank üçün dayanıqlı böyümə və sabit inkişaf ili oldu. İlin əvvəlindən qarşıya qoyduğumuz hədəfləri tamamladıq və hətta bəzi göstəricilərdə gözləntiləri üstələyə bildik. Kredit portfelində, xüsusilə biznes kreditlərində müşahidə olunan ikirəqəmli artım real sektorun maliyyələşdirilməsinə verdiyimiz töhfəni gücləndirdi. Əmanətlərdəki yüksəliş isə fiziki müştərilərin Yelo Bank-a güvənərək gələcəklərini bizimlə planlaşdırdıqlarını göstərir. Bu il innovativ bank həllərinin tətbiqi, mövcud xidmətlərimizin daha da rahatlaşdırılması əsas prioritetlərimiz olacaq. İnanırıq ki, 2026-cı il inkişaf imkanları ilə zəngin bir il olacaq və Yelo Bank müştərilərinə daha parlaq bankçılıq təcrübəsi təqdim etməklə bazarda mövqeyini daha da möhkəmləndirəcək."
Bank xidmətlərinə aid əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 20 yanvar 2026

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


iqtisadi xeberler valyuta xeberleri bitcoin qiymeti investisiya bitkoin almaq