Yelo Bank-da qadınlar günü musiqili axşamla qeyd edildi

Yelo Bank-da qadınlar günü musiqili axşamla qeyd edildi8 Mart – Beynəlxalq Qadınlar Günü Yelo Bank-da özünəməxsus tərzdə qeyd edilib. Bank, artıq ənənə halını almış musiqili tədbirlər sırasına daha bir möhtəşəm gecəni əlavə edərək, qonaqlarına unudulmaz bir axşam yaşadıb.
Bankın Baş ofisində keçirilən "Baharmoniya" adlı konsertin ifaçıları tanınmış pianoçu Vurğun Vəkilov və ölkəmizi Avroviziya-2019 müsabiqəsində təmsil etmiş müğənni-gitaraçı Çingiz Mustafayev olub. Onların möhtəşəm performansı auditoriyanı valeh edərək, zalda unudulmaz bir atmosfer yaradıb. Vurğun Vəkilovun yerli və dünya klassiklərini özünəməxsus tərzdə ifa etməsi, Çingiz Mustafayevin isə enerjisi və səsi ilə gecəni zirvəyə daşıması tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Konsert Yelo Bank və Cult Baku Club platformasının birgə təşkilatçılığı ilə baş tutub.
Yelo Bank hər zaman korporativ mədəniyyətə innovativ yanaşaraq, sənət və incəsənətin dəstəklənməsinə xüsusi önəm verir. Bankın Baş ofisinin 400 nəfərlik tədbir zalı indiyədək bir çox mötəbər musiqi axşamlarına ev sahibliyi edib. Burada xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət ilk kamera orkestri "Mezzo", əməkdar artist Şahin Növrəsli və onun triosu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orkestri, tanınmış pianoçu İsfar Sarabski və vokal ifaçı Elnur Hüseynov səhnə alıb.
Yelo Bank gələcəkdə də yerli və beynəlxalq mədəni irsin təbliğinə dəstək olmağa və incəsənət tədbirlərini ənənə halına gətirməyə davam edəcək.
Yelo Bank-dan debet kart ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

/ banker.az

Banklar     Tarix: 09 mart 2025

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri