Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır®Bu il paytaxtımız dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan – 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına ev sahibliyi edəcək. Yarışma 31 avqust – 5 sentyabr tarixlərində keçiriləcək.
İnnovasiya və təhsilin inkişafına önəm verən Yelo Bank, Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu qlobal miqyaslı tədbirin bank tərəfdaşı kimi çıxış edir.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən seçilmiş universitet komandaları iştirak edəcək. Hər il 110-dan çox ölkədən 3500-ə yaxın universiteti təmsil edən 70 minədək tələbə ICPC-nin rəsmi mərhələlərində yarışır. Dünya finalında isə 70 ölkədən 140 komanda (hər biri 3 tələbədən ibarət olmaqla) öz bilik və bacarıqlarını nümayiş etdirəcək.
Azərbaycan universitetləri 2005-ci ildən etibarən ICPC-nin regional mərhələlərində iştirak edir. Bu illər ərzində ölkədə proqramlaşdırma sahəsinin tanıdılması, gənclərin bu sahəyə marağının artırılması və mövcud potensialın inkişafı istiqamətində mühüm addımlar atılıb. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilən dünya finalında uğurlu çıxışı ilə yadda qalıb.
Qlobal müsabiqə "ICPC Foundation" təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "ICPC Azərbaycan" icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə Bakı şəhərində keçiriləcək.
Yelo Bank bu cür təşəbbüslərə tərəfdaşlıq etməklə ölkədə rəqəmsal transformasiyanın inkişafına və gənc istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək verir.
Bank xidmetleri haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 29 avqust 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler 1000 manatla biznes online pul qazanmaq pul qazanmaq bitkoin qiymeti