Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə "Green Finance Conference" keçirilib

Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə ®Sentyabrın 24-ü Yelo Bank-ın maliyyə tərəfdaşlığı və AmCham Azərbaycanın təşkilatçılığı ilə keçirilən "Green Finance Conference" tədbiri uğurla yekunlaşıb. COP29 ərəfəsində və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində maliyyə sektorunun gündəmində olan mövzuların müzakirə edildiyi konfransa yerli və beynəlxalq ekspertlər qatılıb.
Konfransın əsas məqsədi yerli perspektivləri qlobal təcrübə ilə əlaqələndirmək, davamlı maliyyə, yaşıl investisiyalar üzrə fikir mübadiləsi aparmaq olub. Konfransın açılış nitqində AmCham Azərbaycan-ın prezidenti Dəyanət Sədullayev, Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə, AmCham-ın Bank, Maliyyə, Sığorta komitəsinin rəhbəri və Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova çıxış edib. Onlar öz çıxışlarında davamlı maliyyə prinsiplərinin Azərbaycanın iqtisadi və maliyyə sahəsinə inteqrasiyasının vacibliyini xatırladaraq, konfransın bu missiyada rolunu vurğulayıblar. Konfrans "Davamlı bazar imkanları", "Davamlı maliyyə məhsulları", "Yaşıl maliyyə investisiyaları və infrastruktur" mövzularını əhatə edən 3 paneldən ibarət olub.
Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Stallmeister-in moderatorluğu ilə keçirilən birinci paneldə Masdar Azerbaijan-ın direktoru Murad Sadıqov, Azerbaijan Green Energy Company-nin maliyyə direktoru və İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva, Rabobank Braziliyanın Davamlılıq şöbəsinin rəhbəri Taciano Custodio, Garanti BBVA-nın Davamlı maliyyə departamentinin rəhbəri İrem Barzilay iştirak edib. S.Stallmeister öz çıxışında Azərbaycanın İqlim və İnkişaf Hesabatını təqdim edərək, ölkənin iqlim məqsədlərinə çatmaqda irəliləyişini vurğulayıb.
İkinci panel Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Dayanıqlı Maliyyə mütəxəssisi Leyla Hüseynlinin moderatorluğu altında IFC-nin Əməliyyatlar üzrə mütəxəssisi Kirilo Muxomedzyanov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev, Bank of Georgia-nın ESG & Davamlılıq şöbəsinin rəhbəri Ana Osadze və Unibank İdarə Heyətinin Sədri Fərid Abuşovun iştirakı ilə keçirildi. Onlar yaşıl portfelin inkişafı, yaşıl və mavi istiqrazlar, eləcə də yaşıl hesablama üsulları haqqında öz təcrübələrini bölüşdülər.
Unicapital-ın baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi üçüncü panelin əsas mövzusu isə yaşıl maliyyə investisiyaları və infrastrukturuna həsr olunub. Burada texnologiyadan səmərəli istifadədən başlayaraq, yaşıl yuyulmanın qarşısının alınmasınadək bir çox gündəmdə olan mühüm məsələlər müzakirə edilib. Paneldə Astana Yaşıl Maliyyə Mərkəzinin (AIFC) sədri Manas Gizhduaniyev, Unibank-ın Dayanıqlı İnkişaf üzrə meneceri Səmra Talışinskaya-Abbasova, IFC-in ESG üzrə məsləhətçi qrup rəhbəri Boris Janjalia və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov iştirak ediblər.
Yelo Bank bu kimi tədbirlərdə fəal iştirakı ilə ölkənin aşağı karbonlu, dayanıqlı iqtisadiyyata keçidini dəstəkləyir. Bu fəaliyyət çərçivəsində hazırda Bank-da davam edən "Yaşıl Əmanət" aksiyası üzrə oktyabrın 31-dək Yelo-da əmanət hesabı açan müştərilərin adına ağac əkilir. Gəlir qazanmaq, eyni zamanda doğma Bakımızın daha da yaşıllaşması üçün siz də Yelo Bank-da əmanət yerləşdirə bilərsiniz: Bank xidmətləri () haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə / banker.az

Banklar     Tarix: 26 sentyabr 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin