Yeni nəsil investisiya imkanı artıq rabita mobile-da

Yeni nəsil investisiya imkanı artıq rabita mobile-daRabitəbank müştərilərinə əlavə qazanc fürsəti təqdim edir!
Artıq Rabita Mobile tətbiqində Rabita Invest xidməti aktivdir, bu isə o deməkdir ki, investisiyaya başlamaq üçün nə filiala getməyə, nə də uzun sənədləşmə proseslərindən keçməyə ehtiyac yoxdur.
Sadəcə SİMA rəqəmsal imza ilə bir neçə addımda hesab yaradaraq investisiya dünyasına qoşula bilərsiniz. İndi ABŞ birjalarında yer alan Tesla, Microsoft, Nvidia, Apple və digər minlərlə beynəlxalq şirkətin səhmlərini, eyni zamanda ETF-ləri həm tam, həm də hissəvi şəkildə almaq mümkündür.
İnvestisiyalara başlamaq üçün AZN, USD, EUR valyutalı Kartmane kartınızdan və ya Rabitəbank hesabınızdan istifadə edə bilərsiniz. Sadə interfeys sayəsində portfelinizi izləmək, şirkətlər haqqında məlumat əldə etmək, dividendləri nəzarətdə saxlamaq və bazar dəyişikliklərini anında görmək indi daha rahatdır.
Rabitəbank yaxın dövrdə investisiya xidmətinin funksiyalarını və bazar imkanlarını daha da genişləndirməyi planlaşdırır. Məqsəd, hər bir müştərinin maliyyə savadlılığını və gəlir imkanlarını artırmaq, investisiyanı gündəlik bank təcrübəsinin bir hissəsinə çevirməkdir.
Rabita Mobile ilə investisiya sadə, rahat və təhlükəsizdir!
Siz də Rabita Mobile tətbiqini yükləyin, Rabita Invest xidmətindən faydalanın və gəlir gətirən qərarlarınızı bu gündən verin.
Rahat bankçılığın üstünlüklərini Rabita Mobile ilə hiss edin!
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 22 oktyabr 2025

Oxşar xəbərlər

"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"

"Bu il təxminən 2 500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik". Bunu -a müsahibəsində "AFB Bank"ın Mikro və Aqro Kreditlər Departamentinin direktoru Aslan Nəbiyev bildirirb. "Bu, kifayə

Şirkətlər rəqəmsal ödənişlərdən daha çox nağd pula üstünlük verirlər

Avropa Mərkəzi Bankının (ECB) yeni məlumatlarına görə, COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə müşahidə olunan nağd pul qəbulunun azalması dayanıb. 2026-cı ildə avrozonada fiziki satış nöqtələrində mal və xidmə

"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb

"Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının iyulun 3-də keçirilmiş növbəti ümumi yığıncağında Bankın nizamnamə kapitalını 3,3 dəfə azaldılaraq 315 milyon 815 min manatdan 94 milyon 744,5 min manata endirilməs

Avşar Gürdal "Mastercard" Şərqi Avropa regionunun prezidenti təyin olunur

Ödəniş texnologiyaları sahəsində dünyanın şirkətlərindən biri olan "Mastercard" Şərqi Avropa regionunda yüksək səviyyəli təyinat həyata keçirib. xəbər verir ki, daha əvvəl "Mastercard" Türkiyə və Azərbayca

ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı

"Ən yaxşı işəgötürən" beynəlxalq sertifikatına malik ABB "The Brandon Hall Group" beynəlxalq təşkilatının Mükəmməllik Mükafatlarına layiq görülüb. Bank "Təlim və inkişaf üzrə rəqəmsal inkişafın dəstəklənməsi"

Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində

PAŞA Bank müştəri təcrübəsini daha da təkmilləşdirmək məqsədilə sahibkarların real ehtiyaclarına uyğun məhsul və xidmət portfelini inkişaf etdirməyə davam edir. Bu istiqamətdə həyata keçirilən növbəti yenilik olaraq artı

Sabahdan PAŞA Bank kartlarına yeni məhdudiyyətlər tətbiq ediləcək

"PAŞA Bank" kartlara mədaxil əməliyyatları üzrə yeni qaydaların tətbiqinə başlayır. xəbər verir ki, Bankın açıqlamasına əsasən, yeni limitlər 18 avqust 2026-cı il tarixindən qüvvəyə minəcək. VTB-də minimal fai

Expressbank eyni gündə 2 filial açıb

Expressbank xidmətlərini müştərilərinə daha yaxın etmək məqsədilə filiallarının sayını 18-ə çatdırıb. Bakının Bakıxanov və Həzi Aslanov ərazilərində Bankın iki yeni filialı eyni gündə fəaliyyətə başlayıb. Belə ki, Bankı

Xalq Bank müştərilərinə illik 10.5%-dək gəlir əldə etmək imkanı yaradır

Xalq Bank çeşidli əmanət məhsulları ilə müştərilərinə sərbəst vəsaitlərini etibarlı şəkildə yerləşdirmək və gəlir əldə etmək imkanı yaradır. Müştərilər seçdikləri əmanət növünün şərtlərinə uyğun olaraq illik 10,5%-dək gəli


iqtisadi xeberler investisiya bitkoin almaq biznes qurmaq valyuta xeberleri