Yeni "Tələbə+" kartı təqdim ediləcək - Memorandum imzalandı

Yeni (®) Korporativ Sosial Məsuliyyət strategiyasına əsasən hər zaman təhsilin inkişafına dəstək məqsədilə keçirilən layihələrdə yer alan Kapital Bank daha bir təşəbbüslə yadda qalıb. Belə ki, ötən gün Kapital Bank, Təhsilin İnkişafı Fondu və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında memorandum imzalanıb. 
Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və "Visa" şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktor Nurlan Hacıyev imzalayıblar.
Memoranduma əsasən tələbələrə yeni "Tələbə+" kartı təqdim ediləcək. Bu kartla tələbələr sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq və Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edəcəklər. Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı gözləntilər olduqca böyükdür. 
Bu haqda bankın rəsmisi Fərid Hidayətzadə çıxışında da qeyd edib: "Kapital Bank olaraq bu təşəbbüsə imza atmaqla bir daha təhsilin və gənc nəslin inkişafında maraqlı olduğumuzu ifadə edirik. Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq bu kimi layihələrlə biz həm də əmək bazarına investisiya etmiş oluruq. Biz yaxşı bilirik ki, bu günün təhsilli gəncləri, gələcəyin peşəkar mütəxəssisləridir. Müasir dövrdə isə istənilən sahədə, xüsusən də bank sektorunda bilikli mütəxəssislərə ehtiyac var. Biz bu gün investisiya etdiyimiz hər bir gənci gələcək həmkarımız kimi dəyərləndiririk".
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu tərəfdaşlığın  tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib.
Nurlan Hacıyev isə şirkət olaraq layihənin bir hissəsi olmaqdan məmnun olduqlarını və bütün tələbələri əhatə edəcək layihənin əhəmiyyətindən danışıb.  
Qeyd edək ki, "Tələbə+" kartının avantajları, tələbələrə yaratdığı imkanlar və digər xüsusiyyətləri haqqında ən qısa zamanda məlumat veriləcək. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.  / marja.az

Banklar     Tarix: 09 avqust 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin iqtisadiyyat xeberleri bitkoin