Ziraat Bank Azərbaycan 2023-cü ilin I rübünə dair maliyyə hesabatını açıqladı

Ziraat Bank Azərbaycan 2023-cü ilin I rübünə dair maliyyə hesabatını açıqladı®Ziraat Bank Azərbaycan 2023-cü ilin I rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Yayımlanmış hesabatın göstəricilərinə əsasən bank müştərilərinin etimadını qazanmağa davam edir. Belə ki, etimadın əsas göstəricilərindən biri hesab edilən Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% artaraq 391 mln. 915 min manatı keçmişdir. 
Bankın kredit portfelində də ötən ilin I rübü ilə müqayisədə 23% artım müşahidə edilib.  Ümumi kredit portfelində diqqət çəkən məqamlardan biri də odur ki, artımın əsas payı hüquqi şəxslərə təqdim edilən biznes kreditlərinin hesabına düşür. Bu da Ziraat Bank Azərbaycanın real sektora olan dəstəyinin əsas göstəricilərindən biridir.
Həmçinin 2022-ci ilin I rübü ilə müqayisədə cəmi aktivlərdə də yüksək artım qeydə alınıb ki, bu da  37.4%  təşkil edərək, göstəricinin 617 mln. 408 min manatı keçməsi ilə nəticələnib.
Bankın uğurları bununla da bitməyib. Belə ki, hesabata əsasən Ziraat Bank Azərbaycanın cəmi kapitalı da son 3 ayda 4% artaraq 110 mln. 653 min manatı keçib. Bankda əhəmiyyətli artımın müşahidə edildiyi göstəricilərdən biri də xalis faiz gəliridir. Bu göstərici üzrə artım ötən ilin I rübü ilə müqayisədə 64% təşkil edib və beləliklə, xalis faiz gəliri hesabat dövrü üzrə 6 mln. 957 min manata çatıb. Bank fəaliyyətinin uğurluluğunun əsas göstəricilərindən biri olan xalis mənfəət də Ziraat Bank Azərbaycanda əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət 62.63% artaraq 3 mln. 335 min manata yüksəlib. 
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne