"Ziraat Bank Azərbaycan" 2023-ün ilk rübünə dair maliyyə göstəricilərini açıqladı

"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Ziraat Bank Azərbaycan" müştərilərinin etimadını qazanmağa davam edir. Belə ki, etimadın əsas göstəricilərindən biri hesab edilən Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% artaraq 391 mln. 915 min manatı keçmişdir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bankın kredit portfelində də ötən ilin I rübü ilə müqayisədə 23% artım müşahidə edilib.  Ümumi kredit portfelində diqqət çəkən məqamlardan biri də odur ki, artımın əsas payı hüquqi şəxslərə təqdim edilən biznes kreditlərinin hesabına düşür. Bu da Ziraat Bank Azərbaycanın real sektora olan dəstəyinin əsas göstəricilərindən biridir.
Həmçinin 2022-ci ilin I rübü ilə müqayisədə cəmi aktivlərdə də yüksək artım qeydə alınıb ki, bu da  37,4%  təşkil edərək, göstəricinin 617 mln. 408 min manatı keçməsi ilə nəticələnib.
Bankın uğurları bununla da bitməyib. Belə ki, hesabata əsasən Ziraat Bank Azərbaycanın cəmi kapitalı da son 3 ayda 4% artaraq 110 mln. 653 min manatı keçib.
Bankda əhəmiyyətli artımın müşahidə edildiyi göstəricilərdən biri də xalis faiz gəliridir. Bu göstərici üzrə artım ötən ilin I rübü ilə müqayisədə 64% təşkil edib və beləliklə, xalis faiz gəliri hesabat dövrü üzrə 6 mln. 957 min manata çatıb. 
Bank fəaliyyətinin uğurluluğunun əsas göstəricilərindən biri olan xalis mənfəət də "Ziraat Bank Azərbaycan"da əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət 62,63% artaraq 3 mln. 335 min manata yüksəlib. 
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
/ marja.az

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr


iqtisadi xeberler bitcoin qiymeti bitkoin kicik biznes dollar məzənnəsi