Ziraat Bank Azərbaycan 2024-cü ilin ikinci rübünü uğurla başa vurub

Ziraat Bank Azərbaycan 2024-cü ilin ikinci rübünü uğurla başa vurub®Ziraat Bank Azərbaycan 2024-cü ilin ikinci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Bank müsbət artım dinamikasını cari rüb ərzində də  davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib.  
Yayımlanmış hesabatlara əsasən, Bankın cəmi aktivləri 2024-cü ilin ilk altı ayı ərzində  21,4% artaraq 773 mln. manata çatıb. Bankın balans kapitalı isə ilin əvvəlindən 7,8 % artaraq 126 mln. manatı keçib.
Ziraat Bank Azərbaycanın kredit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 % artaraq 425 mln. manata çatıb. Bankın prioritet istiqamətlərindən hesab edilən və kredit portfelinin mühüm hissəsini təşkil edən  Biznes kreditləri üzrə artım isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% təşkil edib. Bankın müştəriləri tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% artaraq 289 mln. manatı keçib.  
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın əməliyyat gəliri 26,6% artaraq 12,9 mln manatı keçib. Yayımlanmış hesabatlara əsasən, bank 2024-cü ilin ilk altı ayı ərzində 8,1 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 97% artım olduğunu göstərir.
 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 24 iyul 2024

Oxşar xəbərlər

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun