Ziraat Bank Azərbaycan artıq 8 ildir xidmətinizdə

Ziraat Bank Azərbaycan artıq 8 ildir xidmətinizdə(®) Türkiyə Respublikasının 159 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC 8 il bundan öncə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30.12.2014-cü il tarixli 255 saylı lisenziyası əsasında fəaliyyətinə başlamışdır. 
8 illik fəaliyyəti ərzində Bank öz müştəriləri ilə etibarlı tərəfdaşlıq yaradaraq ölkənin  aparıcı bankları sırasına mühüm iştirakçılardan biri kimi daxil olmuşdur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 7 filial və rəqəmsal xidmət kanalları vasitəsi ilə pərakəndə və biznes seqmentindən olan müştərilərinə geniş çeşidli xidmətlər təqdim edir.
"Ziraat Bank Azərbaycan" ASC 8 illik fəaliyyəti dövründə  real sektorun inkişafı üçün bank dəstəyinin təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyən etmişdir.  Ziraat Bank Azərbaycanın  Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olması onu ticarətin maliyyələşdirilməsi istiqamətində müqayisəli üstünlüklərlə təmin edir. Belə ki, Ziraat Bank Azərbaycan xarici ticarətdə istifadə edilən Akkreditiv və Bank zəmanət məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir.
Bununla yanaşı,  Ziraat Bank Azərbaycan ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilmənin də həyata keçirilməsini təmin edir.  Təsadüfi deyil ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.
"Ziraat Bank Azərbaycan" ASC-nin  rəqəmsal bankçılıq istiqamətində də bir çox uğurlarını vurğulamaq olar. Rəqəmsal satış və xidmət platformaları sayəsində Bankın müştəriləri qeyri-iş günlərində də bir çox bank əməliyyatlarını banka gəlmədən,  rahatlıqla İnternet və Mobil Bankçılıq üzərindən həyata keçirə bilirlər. 
Müştəriləri üçün hər zaman Bir Bankdan Daha Artıq olmağı hədəfləyən Ziraat Bank Azərbaycanı 8 yaşı münasibəti ilə təbrik edir və uzun illər müştərilərinin xidmətində olmasını arzu edirik!
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 30 dekabr 2022

Oxşar xəbərlər

"Azər-Türk Bank"da yığıncaq keçiriləcək

22 iyun 2026-cı il tarixində saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi Yığıncaq Bankın inzibati binası yerləşə

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon  manata çatıb. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib ki, ötürülən portfelin böyük hissəs

Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında ayrı-ayrı risk növləri üzrə stres-testlər aparılacaq. Stres-test modelinin qiymətləndirilməsi zamanı bankın stres-tes

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləy

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd


iqtisadi xeberler 1000 manatla biznes telefonla pul qazanmaq pul qazanmaq biznes krediti