Ziraat Bank Azərbaycan artıq 8 ildir xidmətinizdə

Ziraat Bank Azərbaycan artıq 8 ildir xidmətinizdəTürkiyə Respublikasının 159 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC 8 il bundan öncə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30.12.2014-cü il tarixli 255 saylı lisenziyası əsasında fəaliyyətinə başlamışdır.
8 illik fəaliyyəti ərzində Bank öz müştəriləri ilə etibarlı tərəfdaşlıq yaradaraq ölkənin  aparıcı bankları sırasına mühüm iştirakçılardan biri kimi daxil olmuşdur.
Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 7 filial və rəqəmsal xidmət kanalları vasitəsi ilə pərakəndə və biznes seqmentindən olan müştərilərinə geniş çeşidli xidmətlər təqdim edir. "Ziraat Bank Azərbaycan" ASC 8 illik fəaliyyəti dövründə  real sektorun inkişafı üçün bank dəstəyinin təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyən etmişdir.  Ziraat Bank Azərbaycanın  Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olması onu ticarətin maliyyələşdirilməsi istiqamətində müqayisəli üstünlüklərlə təmin edir. Belə ki, Ziraat Bank Azərbaycan xarici ticarətdə istifadə edilən Akkreditiv və Bank zəmanət məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir. Bununla yanaşı,  Ziraat Bank Azərbaycan ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilmənin də həyata keçirilməsini təmin edir.  Təsadüfi deyil ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.
"Ziraat Bank Azərbaycan" ASC-nin  rəqəmsal bankçılıq istiqamətində də bir çox uğurlarını vurğulamaq olar. Rəqəmsal satış və xidmət platformaları sayəsində Bankın müştəriləri qeyri-iş günlərində də bir çox bank əməliyyatlarını banka gəlmədən,  rahatlıqla İnternet və Mobil Bankçılıq üzərindən həyata keçirə bilirlər.
Müştəriləri üçün hər zaman Bir Bankdan Daha Artıq olmağı hədəfləyən Ziraat Bank Azərbaycanı 8 yaşı münasibəti ilə təbrik edir və uzun illər müştərilərinin xidmətində olmasını arzu edirik!
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 30 dekabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler dollarin kursu bu gun 1000 manatla biznes emlak xeberleri leobank kart