Ziraat Bank Azərbaycan "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi"nin iştirakçısı oldu

Ziraat Bank Azərbaycan ®Sentyabr ayının 22-də Bakı şəhərində "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi"nin açılışı baş tutmuşdur. Açılışda Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev və Türkiyə Cümhuriyəti Səhiyyə naziri  Dr. Fahrettin Koca çıxış edərək, ölkələr arasında səhiyyə sektorunda mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları haqqında danışdılar. 
Tədbirdə səhiyyə sektorunda fəaliyyət göstərən şirkət və dövlət qurumları ilə yanaşı Ziraat Bank Azərbaycan da iştirak etmişdir. Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir stendi ziyarət edən Azərbaycan və Türkiyə Səhiyyə nazirləri Teymur Musayev, Dr. Fahrettin Koca və Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcıya ölkələr arasında səhiyyə sahəsində ticari əlaqələrin genişləndirilməsinə töhfə verə biləcək  bank məhsul və xidmətləri haqqında məlumat vermişdir. Qeyd edildi ki,  Ziraat Bank Azərbaycan  dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olduğu üçün sahibkarlara onların beynəlxalq ticarətlərində yüksək keyfiyyətli xidmət göstərmək imkanına sahibdir. Qonaqlara Ziraat Bank Azərbaycan və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumat verildi, ölkələrimiz arasında ticarətin milli valyutalar ilə aparılmasında Bankın rolu və pul köçürmələrində sürətli və sərfəli xidmət təqdim etmə imkanlarına malik olduğu vurğulandı.  
Qeyd edək ki, tədbir hər iki ölkənin Səhiyyə Nazirliklərinin dəstəyi ilə təşkil olunub və 17 May 2022-ci il tarixində Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Türkiyə Respublikası Səhiyyə Nazirliyi Arasında Əməkdaşlıq və Yol Xəritəsi"nə daxil olan silsilə tədbirlərdən biridir. 
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür. 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycan Ziraat Bank Azərbaycan / banker.az

Banklar     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler valyuta kurslari valyuta xeberleri investisiya bitcoin qiymeti