Ziraat Bank Azərbaycan "Yaşıl Gələcək" layihəsi çərçivəsində müştərilərinin adına ağac əkdi

Ziraat Bank Azərbaycan ®Fəaliyyətində daim sosial yönümlü layihələrə xüsusi  önəm verən  Ziraat Bank Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıl Gələcək" adlı genişmiqyaslı ağacəkmə layihəsinə qoşularaq müştərilərinin adına ağac əkib. Layihə çərçivəsində Bank tərəfindən Xocasən qəsəbəsində baharın gəlişi münasibətilə müştərilərinin adına 1000-ə yaxın zeytun ağacı əkilib və suvarma sistemi quraşdırılıb.
Qeyd edək ki, müştərilərin adına qəsəbədə ağacların əkilməsini Ziraat Bank Azərbaycanın əməkdaşları övladları ilə birlikdə həyata keçirib və bank tərəfindən mart ayında həyata keçirilən "Novruz" layihəsinin sonuncu mərhələsi olaraq gerçəkləşdirilib. Layihə çərçivəsində Bank əməkdaşları və övladlarına nazirlik tərəfindən ağacların əkilməsinə dair xüsusi təlim də keçirilib. Ziraat Bank Azərbaycan uşaqların layihədə iştirakına xüsusi önəm verib. Belə ki, bank tərəfindən qeyd edilən məlumata əsasən  uşaqların bu kimi sosial layihələrdə aktiv iştirak etmələrinin və ölkəmizdə sağlam ekoloji mühitin yaradılmasına töhfə vermələrinin təbliğatının vacibliyi vurğulanıb.
Bank öz fəaliyyətində daima təbiətsevər addımları ilə diqqət mərkəzində olub. Bu yaxınlarda təqdim etdiyi Yaşıl Avto Kredit məhsulu ilə də təbiətə və ətraf mühitə xüsusi diqqət ayırdığını bir daha vurğulayıb. Belə ki, Bank Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın artırılması məqsədi ilə kreditləşdirilmə şərtlərini asanlaşdırıb. 
Həmçinin Ziraat Bank Azərbaycan  bu yaxınlarda Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanmış "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə kampaniyasında da iştirak etmişdi. 
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 
Ziraat Bank Azərbaycan / banker.az

Banklar     Tarix: 18 aprel 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bitcoin qiymeti investisiya internetden pul qazanmaq bank faizleri