100 min nəfərin yaşadığı bu ərazidə bank filialı yoxdur

100 min nəfərin yaşadığı bu ərazidə bank filialı yoxdurSuraxanı rayonunun 100 min nəfərdən artıq sakini olan Hövsan qəsəbəsində yaşayanlar ərazidə bank filialının olmamasından şikayətçidir.
Qəsəbə sakinləri adından qəsəbənin ağsaqqalı, Suraxanı rayon Ağsaqqallar Şurasının üzvü Kəlpi İsgəndərov xeyli vaxtdır əhalinin bank xidmətləri almaqda çətinliklərlə üzləşdiyini bildirib:
"Qəsəbəmizdə rəsmi olaraq 70 min nəfər qeydiyyatdadır. Lakin qeydiyyatda olmayan sakinləri də nəzərə alsaq, Hövsanda 100 min nəfərə yaxın insan yaşayır. Bununla belə uzun illərdir əhalimiz normal bank xidməti almaqda çətinlik çəkir, burada heç bir bank filialı və ya valyutadəyişmə məntəqəsi yoxdur, sakinlər tıxacda qalmaqla, uzun yol qət etməklə şəhərin mərkəzinə və digər ərazilərə gedərək bank xidmətlərindən istifadə etmək məcburiyyətində qalırlar".
Kəlpi İsgəndərov qeyd edib ki, əslində son bir neçə ilədək Hövsanda bank filialı fəaliyyət göstərib: "Əvvəllər qəsəbəmizdə bank filialları da, valyutadəyişmə məntəqələri də olub. Lakin 2015-ci il devalvasiyasından sonra heç bir bank xidməti göstərilmir, valyutadəyişmə məntəqələri də bağlandı. Hazırda Hövsana ən yaxın bank filialı Əmircan qəsəbəsində yerləşir ki, oraya da 17 kilometr məsafədir. Biz başa düşürük ki, kommersiya bankları öz mənfəətlərini düşünür, buna uyğun fəaliyyət istiqamətləri seçirlər. Lakin 150 min nəfərə yaxın insanın da vəziyyətini anlamaq lazımdır və müvafiq dövlət qurumları bu məsələni nəzarətə götürməlidir".
Qəsəbənin ağsaqqalı əlavə edib ki, mövcud vəziyyətdən ən çox əziyyət çəkənlər əhali ilə yanaşı, sahibkarlıq subyektləridir: "Mənim 81 yaşım var, həm də sahibkarlıq fəaliyyəti göstərirəm. Bu səbəbdən tez-tez banka müraciət etməli oluram. Həm də Hövsanda MİDA-nın böyük bir yaşayış kompleksi tikilib və minlərlə insan orada yaşamağa başlayıb, ətraf yaşayış massivləri də günbəgün böyüyür, bütün bunlar qəsəbəmizdə bank filialının olmasını zəruri edir. Lakin böyük bir ərazidə heç bir bank filialının olmaması bizə böyük çətinliklər yaradır. Dövlət qurumlarından, xüsusilə Mərkəzi Bank rəhbərliyindən xahiş edirik ki, bu məsələyə əncam çəksinlər".
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlanıb.
© "Qafqazinfo" / marja.az

Banklar     Tarix: 07 iyun 2023

Oxşar xəbərlər

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin dollar məzənnəsi biznes krediti