12 bankın xalis mənfəəti azalıb
2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin (xalis) mənfəəti 50 milyon manatdan çox olub.
Bunlar, "Azərbaycan Beynəlxalq Bankı" (335,7 milyon manat), "Kapital Bank" (315 milyon manat), "PAŞA Bank" (148,9 milyon manat), "Xalq Bank" (61,1 milyon manat) və "Bank Respublika"dır (60,6 milyon manat).
Qalan 17 bankdan 9-da (xalis) mənfəət 10-50 milyon manat arasında, 7 bankda 1-10 milyon manat arasında olub, 1 bank – "Bank BTB" isə ötən ili zərərlə başa vurub.
Son 1 ildə 22 bankdan 9-nun (xalis) mənfəəti artıb. Ən yüksək dinamika "Kapital Bank"da (68,9%), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (2,7%) qeydə alınıb.
12 bankın xalis mənfəəti isə azalıb. Ən çox azalma "Azər-Türk Bank"da (52,5%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (4,5%) qeydə alınıb. Diqqət çəkən məqam aparıcı 10 bankdan 4-də xalis mənfəətin azalması olub: "PAŞA Bank" - 29,3%, "Xalq Bank" - 7,1%, "Access Bank" - 9,3% və Yelo Bank - 27,8%.
"Bank BTB"nin isə zərəri 51,8% azalıb.
© YurdMedia / marja.az

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Dünyanın ən zəngin idmançıları
Biznes təlimlər və tədris üsulları
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Ən çox gəlir gətirən onlayn bizneslər
Dropshipping nədir?