2 ildir zərər edən sığorta şirkətində yığıncaq keçiriləcək
9 may 2023-cü il tarixində "Günay Sığorta" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. "Günay Sığorta" ASC-nin investisiya qiymətli kağızlarının emitenti kimi 2022-ci il üzrə illik hesabatının təsdiq edilməsi.
2. "Günay Sığorta" ASC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq olunması.
3. Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C nömrəli ünvanda keçiriləcək.
Xəbər verdiyimiz kimi, "Günay Sığorta" ASC 2022-ci ili 1 milyon 227 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 125 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Günay Sığorta"nın zərəri 9% artıb.
1992-ci ildən fəaliyyət götərən "Günay Sığorta" ASC-nin səhmdarları Yeganə Şirinova, Mahmud Məmmədov və "Günay Bank" ASC-dir. / marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes planı necə yazmaq lazımdır?
"Freelance" nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt