2026-cı ilin ilk rübündə bankların cəmi faiz gəlirləri üzrə RENKİNQİ
Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə cəmi faiz (faiz gəliri və qeyri-faiz gəliri) gəlirləri 1 milyard 812.2 milyon manat təşkil edib.
Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründə 1 milyard 543.4 milyon manatla müqayisədə 17% artım deməkdir.
Banklar üzrə ən yüksək faiz gəliri "Kapital Bank"da qeydə alınıb. Belə ki, bankın faiz gəlirləri 471.9 milyon manat təşkil edib və bu, illik müqayisədə 18% artım deməkdir. İkinci yerdə ABB qərarlaşıb və onun faiz gəlirləri 430.1 milyon manat olub (28% artım). "PAŞA Bank" isə 201.2 milyon manat faiz gəliri ilə üçüncü sıradadır, burada illik müqayisədə 6% azalma qeydə alınıb.
"Unibank" və "Bank Respublika" müvafiq olaraq 105.2 milyon manat və 86.8 milyon manat faiz gəliri ilə TOP 5-liyi tamamlayır. Bu banklarda illik artım 23% və 15% təşkil edib.
Sektor üzrə ümumi göstəricilərə əsasən TOP 5 bankın (Kapital Bank, ABB, PAŞA Bank, Unibank, Bank Respublika) cəmi faiz gəlirləri 1 milyard 265.1 milyon manat olub. Bu isə ümumi bazarın 69.8%-ni təşkil edir. Öncəki ildə 69% idi.


İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri