8 startapdan 3-ü qalib seçildi - 10 MİN DOLLAR ƏLDƏ EDƏCƏK
Mastercard ABB ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ fintex həlləri kəşf etmək məqsədilə keçirilən "Sandbox as a Service" platforması üzrə virtual hakatonu uğurla başa vurub.
Hakatonda regionun 8 aparıcı fintex startapı iştirak edib və dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hakatonda ümumilikdə 50-dən çox regional və yerli fintex həlləri dəyərləndirilib. Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır canlı məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.
Final günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, Kapital Bank, Paşa Bank, Mastercard və Sabah Hub-ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib. Ekspertlər təqdim edilmiş həlləri "Sandbox as a Service" platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndirib.
Dayanıqlılıq üzrə hakatonunun qalibləri aşağıdakılar olub:
•1-ci yer – CARBONEMIT
• 2-ci yer – BESO
• 3-cü yer – FARADAI
Birinci yerə çıxan CARBONEMIT startapı ABB tərəfindən inkişafını genişləndirmək üçün 10,000 ABŞ dolları və Mastercard "Sandbox as a Service" platformasına tam giriş imkanı əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə Mastercard üstünlükləri ilə mükafatlandırılacaqlar.
Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.
Mastercard dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən fintex həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.

/ marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?