ABB 100 milyon manatlıq istiqraz buraxmağa hazırlaşır
ABB və ya "Azərbaycan Beynəlxalq Bankı" ASC 2026-cı il üçün 1 milyon ədəd, hər birinin nominal dəyəri 100 manat olan faizli, təmin edilməmiş və sənədsiz istiqrazların buraxılmasını planlaşdırır.
Banker.az xəbər verir ki, istiqrazlar adı üzrə olacaq və "Bakı Fond Birjası" QSC vasitəsilə yerləşdiriləcək.
İstiqrazın şərtlərinə görə, illik faiz dərəcəsi və kupon ödənişi hər bir buraxılış üzrə ayrıca "Yekun Şərtlər" sənədində müəyyən ediləcək. Fiziki şəxslər istiqrazların əldə edilməsində üstünlük hüququna malikdir.
Bank sənəddə qeyd edir ki, istiqrazların buraxılmasının əsas məqsədi rəqəmsallaşmanın tətbiqi, xidmət kanallarının genişləndirilməsi və 2023-2025-ci illəri əhatə edən texnoloji transformasiya strategiyasının həyata keçirilməsidir. Eyni zamanda, bu vəsait bankın likvidliyinin artırılmasına və müxtəlif mənbələrdən əlavə maliyyə resurslarının cəlb olunmasına xidmət edəcək.
ABB 2025-ci ili 335.7 milyon manat xalis mənfəətlə başa vurub və əvvəlki ilin 293.7 milyon manatını 14% üstələmişdir. Bu, bank tarixindəki ən böyük xalis mənfəət olub.
Bankın illik gəlirləri 1 milyard 547 milyon manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 23% artım deməkdir. Faiz gəlirləri 1 milyard 95 milyon manat, qeyri-faiz gəlirləri isə 451.5 milyon manat təşkil edib.

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Dünyanın ən zəngin idmançıları
Biznes təlimlər və tədris üsulları
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Ən çox gəlir gətirən onlayn bizneslər
Dropshipping nədir?