ABB-dən 100 milyon manatlıq istiqraz

ABB-dən 100 milyon manatlıq istiqraz"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) istiqraz yerləşdirilməsi yolu ilə 100 milyon manat cəlb edəcək. 
Marja.az Emissiya Prospektinə istinadən xəbər verir ki, Bank hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İstiqrazların əldə edilməsində fiziki şəxslər (əhali) üstünlük hüququna malikdir. 
Buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi, kupon ödəniş tezliyi, tədavül müddəti və istiqrazlar haqqında digər qaydalar Yekun Şərtlərlə müəyyən olunacaq.
Baza emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edildikdən sonra hər bir istiqraz buraxılışı üzrə yerləşdirilmənin başlanma və başa çatma tarixlərinin təyin olunma qaydası Yekun Şərtlərdə təqdim olunacaq. Yekun Şərtlər qeydiyyata alındıqdan sonra abunə yazılışı 1 həftə ərzində başlanacaq, abunə yazılışının müddəti isə Yekun şərtlər ilə müəyyən ediləcəkdir. Abunə yazılışı başa çatdıqdan sonra istiqrazların yerləşdirilməsinə 5 iş günü ərzində başlanılacaq və istiqrazların yerləşdirilməsi başlandığı tarixdən etibarən 7 iş günü ərzində həyata keçiriləcəkdir. Ümumi kağızların yerləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən tamamlanacaqdır. Abunə yazılışının başlanması və bitmə tarixləri, habelə istiqrazların yerləşdirilməsi tarixləri ictimaiyyətə Emitent, Bakı Fond Bijası və buraxılışın anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-ni rəsmi saytı və ya KİV-lər vasitəsilə açıqlanacaqdır. 
ABB-dən 100 milyon manatlıq istiqrazABB-dən 100 milyon manatlıq istiqrazABB-dən 100 milyon manatlıq istiqraz

Banklar     Tarix: 26 fevral 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler rubl mezenne bitcoin qiymeti dollar məzənnəsi dollar kursu