ABB-dən ətraf mühit və yaşıl artıma dəstək

ABB-dən ətraf mühit və yaşıl artıma dəstək®Vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalan ABB ölkəmizin gələcəyinə töhfə vermək üçün sosial proqramlarını davam etdirir. Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında ödəniş kartları sahəsində yeniliyə imza atıb. ABB-nin TamEco kartı müştərilərə təqdim edilib. 
Müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkiləcək. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq. 
 Kampaniya çərçivəsində onlayn sifariş zamanı kart pulsuzdur. İanəni müştərinin adından Bank öz hesabına ödəyəcək. Kart dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır.
26 yanvar 2023-cü ildə Zirə EKO park-da kartın təqdimatı olub. ABB,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Visa nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, TamEco kartı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıl gələcək" layihəsi çərçivəsində yaradılmış bank məhsuludur. Layihənin məqsədi ölkə ərazisində yaşıllıqların artırılması, cəmiyyətdə ekoloji mədəniyyətin inkişafı, ətraf mühitlə bağlı fərdi məsuliyyət hissinin gücləndirilməsidir. 
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib: "Yaşıl gələcək" layihəsinin bu gün geniş ictimaiyyətə çatdırılması ekoloji maariflənmə işinə bir töhfədir. Layihə vasitəsilə hər kəs ölkəmizin yaşıllaşdırılmasında iştirak edib dəstək göstərə biləcək".
ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib ki, TamEco məhsulu ilə ABB sektorda daha bir maraqlı nümunə yaradır: "TamEco kartı ABB-nin sosial məsuliyyətinə əsaslanır. ABB olaraq biz müxtəlif innovativ həllərimizlə təmassız ödəniş imkanlarını genişləndiririk. Bank əməliyyatlarını kartlardan istifadə etmədən mobil cihazlarla aparan müştərilərimizin sayı sürətlə artır. Bununla belə, gözləntilərə görə, yaxın illər ərzində bütün dünyada plastik ödəniş kartlarından istifadə vərdişləri də müəyyən səviyyədə hələ qalacaq. TamEco kartının məqsədi, bank kartlarından istifadəni ətraf mühit üçün daha faydalı etməkdir. Bu kartın təqdim olunmasında ABB-nin biznes maraqları ilə yanaşı, sosial maraqları da böyükdür".
Visanın Azərbaycan və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, regional menecer Kristina Doroş bildirib: "Visa bütün dünyada bu istiqamətdə layihələri dəstəkləyərək davamlı inkişafa böyük diqqət yetirir. TamEco kartının Azərbaycanda təqdim olunmasından məmnunuq. Bu, təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropada, Yaxın Şərq və Afrika regionunda təqdim olunmuş ilk eko kartdır.  TamEco kart məhsulunun unikallığı ondan ibarətdir ki, o, dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Belə plastik materialı bir neçə dəfə təkrar emal etmək olur. Bu, ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməklə təbiəti təmizləməyə imkan verir. ABB ilə tərəfdaşlıq əsasında Azərbaycanda belə bir layihə reallaşdırmaqdan qürur duyuruq". 
ABB-dən ətraf mühit və yaşıl artıma dəstəkTamEco kartı debet hesab qalığına illik 7% gəlir gətirir. Müştərilərə 20%-dək keşbək qazandırır. Onunla "Kartdan-karta" və nağdlaşdırma xidmətlərindən istifadə pulsuzdur. Kombo məhsul olaraq kart kredit limitini də istənilən vaxt aktivləşdirmək imkanı verir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 27 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin