ABB-dən "Faydalı partnyorluq" tədbiri
(®) ABB özünün partnyorlar şəbəkəsinə daxil olan biznes qurumlarının təmsilçiləri üçün tədbir keçirib.
ABB-nin Partnyorlarla iş departamentinin əməkdaşları iştirakçılara ekvayrinq, Bankın "Fayda" loyallıq proqramı, elektron ticarətin üstünlükləri barədə ətraflı məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb. Gündəlik fəaliyyətdə qarşıya çıxan məsələlərə diqqət yönəlib. Problemlərin həlli üçün təkliflər irəli sürülüb.
ABB tərəfdaş ticarət və xidmət məkanlarının müştəriləri üçün bir çox üstünlüklər yaradır. Müştərilər ABB-nin loyallıq və keşbek layihələri çərçivəsində Bankın kartları və POS terminalları ilə nağdsız ödənişlərindən əlavə qazanc əldə edirlər. Bu fürsətlər ABB-nin tərəfdaş şəbəkəsinə daxil məkanlara müştəri axınını gücləndirir. ABB-nin geniş partnyor şəbəkəsinə qoşulmaq istəyən təsərrüfat subyektləri bu email vasitəsilə müraciət edə bilərlər: [email protected]
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dropshipping nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyada ən çox oxunan 5 kitab
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes nədir və hansı növləri var?