ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir

ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir®ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək. 
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək. 
ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir.
Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir/ banker.az

Banklar     Tarix: 23 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu