ABB-nin iştirakı ilə 1 milyon ağac əkiləcək
®ABB Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə martın 15-də Bakının Müşfiqabad qəsəbəsində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak edib.
Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli "Anlaşma Memorandumu" əsasında təşkil olunub. Memoranduma əsasən, bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ölkəmizdə ümumən 1 milyon ağac əkiləcək.
Aksiya zamanı ağaclar Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə əkilib. Müvafiq qurumların maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
İKEA şirkətinin tarixi
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları
"Freelance" nədir?
Kriptovalyuta nədir?