ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi®ABB-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil etdiyi ABB Riyaziyyat Yarışması başa çatıb. Yarışmada iştirak üçün 7574 şagird müraciət edib və birinci seçim mərhələsinə dəvət alıb. Onlardan 260 nəfər bu mərhələni uğurla tamamlayaraq ikinci mərhələyə keçid edib. Növbəti mərhələdə də uğur qazanmış 62 nəfər arasından müsahibə ilə 35 şagird Bakıda təşkil olunan 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanıb. Təlim iştirakçılarının 12 nəfəri region məktəblərində təhsil alan şagirdlər olub. Təlimlər ABB Tech Akademiyasının bazasında, olimpiada və intensiv təhsil proqramlarının təşkili sahəsində ixtisaslaşmış yerli və xarici ekspertlərin metodoloji dəstəyi ilə keçirilib.
Təlimlərin sonunda iştirakçılar arasında final yarışı təşkil edilib. Nəticədən asılı olaraq ilk 3 yerin qalibləri seçilib. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İstedadlara dəstək məqsədilə Bankımızın həyata keçirdiyi daha bir maraqlı layihə uğurla başa çatdı. Bu layihənin reallaşdırılmasında tərəfdaşlıq dəstəyinə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk. ABB Riyaziyyat Yarışmasında biliklərini sınayan bütün gənclərimizə uğurlar arzulayırıq. Cəmiyyətimiz üçün faydalı proqramlarımızı bundan sonra da davam etdirəcəyik".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 07 fevral 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler dollarin kursu bu gun internetden pul qazanmaq kripto bu gunun xeberleri