ABB səhmdarlara bölüşdürülməmiş mənfəətindən dividend ödəyəcək

ABB səhmdarlara bölüşdürülməmiş mənfəətindən dividend ödəyəcəkABB-nin ("Azərbaycan Beynəlxalq Ban­kı" Açıq Səhmdar Cəmiyyəti) idarə heyəti 30 may 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda Bankın səhmdarları­nın növbəti illik ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyəti məlumat yayıb.
"Bununla yanaşı bildiririk ki, "ABB" ASC-nin nizamnaməsinin 8.10-cu mad­dəsinə əsasən səsvermənin qiyabi şəkil­də həyata keçirilməsi nəzərdə tutulmuş­dur".
Ümumi yığıncağın gündəliyinə aşağı­dakı məsələlər daxil edilmişdir:
1. "ABB" ASC-nin kənar auditor tərə­findən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin ma­liyyə hesabatının təsdiq olunması.
2. 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi.
3. 2024-2026-cı illərin maliyyə nəti­cələrinə görə "ABB" ASC-nin əməkdaşla­rının mükafatlandırılması.
4. "ABB" ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
5. "ABB" ASC-nin müşahidə şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi.
Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2023-cü il mayın 19-dan bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Xatırladaq ki, ABB-nin 2022-ci ilin sonuna daha 254.38 mln. manat xalis mənfəət əldə etməklə bölüşdürülməmiş mənfəətini 211.18 mln. manata çatdırılıb.
"Azərbaycan Respublikası Mülki Mə­cəlləsinin 107-3.2-ci maddəsini və "ABB" ASC-nin nizamnaməsinin 8.10-cu bən­dini nəzərə alaraq qeyd edirik ki, ümu­mi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza­nız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təq­dim etmək şərtilə bu bildirişə əlavə olu­nan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il mayın 30-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həya­ta keçiriləcəkdir"- deyə elanda qeyd edilir.

Banklar     Tarix: 11 aprel 2023

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə


iqtisadi xeberler kicik biznes valyuta mezennesi biznes krediti depozit faizleri