Access2Success AccessBank-a mükafat qazandırdı
®Azərbaycan Banklar Assosiasiyası (ABA) ənənəvi Bankçılıq mükafatları-nı açıqlayıb. AccessBank 2022-ci ildə Ən fəal maliyyə savadlılığı dəstəkçisi nominasiyası üzrə qalib gəlib. Bank nominasiyanı ötən il həyata keçirdiyi Access2Success layihəsinə görə əldə edib. AccessBank bu layihəni qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirib. Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək olub.
Layihədə ötən il iştirak üçün 250-ə yaxın namizəd müraciət edib. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatılmaq hüququ əldə edib. Bakı, Xırdalan və Ağdam şəhərlərini təmsil edən qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, ənənəvi və rəqəmsal marketinq, elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edən aparıcı mövzularda ekspertlərdən təlimlər alıblar.
Qeyd edək ki, AccessBank əsas səhmdarı olan Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə növbəti aylarda Access2Success – 2 layihəsinə başlayacaq. Layihənin şərtləri və qeydiyyat barədə tezliklə məlumat veriləcək.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
/ banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
İKEA şirkətinin tarixi
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları
"Freelance" nədir?
Kriptovalyuta nədir?