AccessBank "Ən Yaxşı İşçi Məmnuniyyəti Strategiyası" üzrə qalib seçildi
®Bakıda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq tədbir – "Global HR SUMMIT 2023" keçirilib. BMT-nin Dayanıqlı İnkişaf məqsədlərindən olan "Layiqli Əmək və İqtisadi İnkişaf" (Decent Work & Economic Growth) devizi altında keçirilən sammitə 50 ölkədən 700-dən çox iştirakçı qatılıb.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq jurinin dəyərləndirməsi əsasında 9 nominasiya üzrə şirkətlərin mükafatlandırılması mərasimi də baş tutub. AccessBank-ın İnsan Resursları departamenti "Ən Yaxşı İşçi Məmnuniyyəti (işçi bağlılığı) Strategiyası" üzrə qalib seçilib.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

/ banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Yatırım olmadan necə biznes qurmaq olar?
Start-up nədir?
SMM nədir?
ZARA-nın uğur hekayəsi
5 liderlik göstəricisi