AccessBank fərdi bankçılıqda güclənir: VIP seqmentində 70%-lik artım

AccessBank fərdi bankçılıqda güclənir: VIP seqmentində 70%-lik artım®Müştərilərimizin zamanının nə qədər dəyərli olduğunu çox yaxşı bilirik. AccessBank olaraq onların  işlərini asanlaşdıran, vaxt və enerji itkisini minimuma endirən fərdi həllər təklif edirik. Detalları düşünür, prosesləri optimallaşdırır və gündəlik qayğıları yüngülləşdirmək üçün çalışırıq.
VIP Club üzvlüyü –sadəcə status deyil, bu, fərdi yanaşma, yüksək səviyyəli xidmət və etibarlı tərəfdaşlıq deməkdir. Bu yanaşmanın nəticəsidir ki, son iki ildə AccessBank-ın VIP müştəri seqmentində ciddi artım müşahidə olunub.
Bu uğurun arxasında duran səbəbləri və AccessBank-ın fərdi bankçılıq strategiyasını öyrənmək üçün AccessBank-da "VIP Club"-un rəhbəri Vüsalə Həsənova ilə söhbətləşdik.
 
VIP Club artıq iki ildir ki, müştərilərə özəl maliyyə və qeyri maliyyə xidmətləri təklif edir, ötən iki ili necə qiymətləndirərdiniz?
– Son iki ili komandamız üçün həm uğurlu, həm də dinamik inkişaf dövrü kimi qiymətləndiririk. İlk gündən əsas məqsədimiz VIP müştərilərimizə sadəcə xidmət göstərmək deyil, onların gözləntilərini aşan, fərqli və premium təcrübə təqdim etmək olub. Bu istiqamətdə atdığımız addımlar öz bəhrəsini verdi – fərdi yanaşmamız və yüksək xidmət keyfiyyəti müştərilər tərəfindən müsbət qarşılandı, nəticə etibarilə müştəri portfelimizdə əhəmiyyətli artım müşahidə olundu. Maliyyə xidmətləri çərçivəsində müştərilərimizin gəlirlərini daha effektiv idarə etmələri üçün depozit, kredit və investisiya məhsulları üzrə kompleks həllər təqdim etdik. Bununla yanaşı, qeyri-maliyyə xidmətləri sahəsində də aktiv fəaliyyət göstərərək aviabilet və turpaketlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə giriş imkanları kimi əlavə dəyərlər yaratdıq. Məqsədimiz müştərilərimizin yalnız maliyyə deyil, ümumilikdə həyat keyfiyyətini artırmaqdır.  Bu iki illik yol bizə bir daha göstərdi ki, uzunmüddətli və dayanıqlı uğur yalnız nəticələrlə deyil, etimada əsaslanan xidmət modeli ilə mümkün olur. İndi isə qarşıda bizi daha böyük hədəflər və daha yüksək keyfiyyət standartları gözləyir, çünki VIP Club təcrübəsi bizim üçün sadəcə bir xidmət deyil, etibar və dəyərə əsaslanan bir yanaşmadır. Bu yanaşmanı daha da genişləndirmək və müştərilərimiz üçün davamlı yeniliklər yaratmaq əsas prioritetlərimizdəndir.
İki il ərzində təklif edilən xidmət çeşidində və müştəri seqmentində nə qədər dəyişikliklər baş verib?
Bu müddət ərzində həm təqdim etdiyimiz xidmətlərin çeşidində, həm də müştəri seqmentində ciddi dəyişikliklər baş verdi. Əvvəllər əsasən yüksək gəlirli fərdi müştərilərə fokuslanırdıqsa, bu gün artıq böyük şirkət rəhbərləri, yüksək vəzifəli şəxslər və aktiv sahibkarlar da VIP Club-un imkanlarından faydalanmağı seçirlər. Bu dəyişiklik bizim üçün təqdim etdiyimiz dəyərin daha geniş auditoriya tərəfindən tanındığının və qəbul edildiyinin göstəricisidir.  Bu dövr ərzində müştəri bazamızda təxminən 70%-lik artım qeydə alınıb. Təbii ki, bu yalnız say baxımından deyil, həm də keyfiyyət baxımından ciddi bir inkişaf deməkdir. Əgər əvvəllər diqqət daha çox əmanətlər, kreditlər və fərdi bankçılıq xidmətlərinə yönəlmişdisə, bu gün artıq müştərilərimiz investisiya alətlərinə və qeyri-maliyyə üstünlüklərinə daha çox maraq göstərirlər. Söhbət eksklüziv səyahət imkanlarından, fərdi maliyyə məsləhətlərindən və 24/7 rejimində fəaliyyət göstərən şəxsi bankçılıq xidmətindən gedir. Bu yeniliklər sayəsində müştərilərimizlə daha yaxın və etibarlı münasibətlər qurmağa nail olmuşuq. Etimadın artması isə bizi daim inkişaf etməyə, xidmət keyfiyyətini daha da yüksəltməyə təşviq edir.  Hazırda əsas məqsədimiz bu təcrübəni daha geniş auditoriyaya çatdırmaq və VIP Club-u premium bank xidmətləri sahəsində lider mövqeyə yüksəltməkdir.
Növbəti illərdə müştərilərə hansı yeni xidmətlər təklif ediləcək?
Növbəti illərdə əsas məqsədimiz – VIP Club üzvlərinə daha da fərdi yanaşmaq və onların real ehtiyaclarına uyğun yeni, dəyərli xidmətlər təqdim etməkdir. Hazırda bu istiqamətdə intensiv işlər aparırıq.  Planlarımız arasında premium tərəfdaş şəbəkəsinin genişləndirilməsi, müştərilərimizə xüsusi imtiyazlar, fərdi güzəştlər və unikal üstünlüklər təqdim olunması da nəzərdə tutulur. Biz istəyirik ki, VIP Club yalnız maliyyə xidmətləri ilə deyil, həm də müştərinin həyat tərzinə dəyər qatan bir təcrübə ilə fərqlənsin. Əsas hədəfimiz ondan ibarətdir ki, VIP Club üzvləri hər zaman özlərini seçilmiş, xüsusi və diqqət mərkəzində hiss etsinlər. Bu hissi yaratmaq və onu davamlı saxlamaq bizim üçün çox önəmlidir.
– Azərbaycanın bank sektorunda bu cür xidmətə tələbi necə qiymətləndirisiniz, ümumiyyətlə rəqabət varmı?
Son illərdə Azərbaycanda fərdi və yüksək səviyyəli bank xidmətlərinə maraq əhəmiyyətli dərəcədə artıb. Müştərilər artıq sadəcə bank əməliyyatları ilə kifayətlənmirlər – onlar gündəlik həyatlarına dəyər qatan, rahatlıq və üstünlüklər təqdim edən kompleks xidmətlər axtarırlar.  Bazarda bu sahədə fəaliyyət göstərən digər banklar da mövcuddur, lakin VIP Club fərdi yanaşması və həm maliyyə, həm də qeyri-maliyyə sahəsində təqdim etdiyi geniş imkanları ilə fərqlənir. Bizim əsas məqsədimiz – müştərilərimizin gözləntilərini qabaqlamaq, onlara hər dəfə fərqli və üstün təcrübə yaşatmaqdır.
Rəqabət mühiti sağlam inkişaf üçün vacibdir. Lakin biz VIP Club olaraq lider mövqeyimizi qorumağa və onu daha da möhkəmləndirməyə fokuslanmışıq. Bu istiqamətdə davamlı olaraq yeni imkanlar üzərində çalışırıq və daim inkişafa açığıq.
İki il ərzində öz komandanızda hansı dəyişikliklər baş verib, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün hansı işlər görülüb?
 Son iki il ərzində komandamızda bir sıra mühüm dəyişikliklər baş verib. İlk növbədə, komandanın tərkibi genişləndirilib və paralel olaraq ixtisaslaşma səviyyəsi artırılıb. Müştərilərimizə daha yüksək səviyyədə xidmət göstərə bilmək üçün struktur daxilində funksional bölgülər və məsuliyyətlər daha dəqiq şəkildə formalaşdırılıb.
Xidmət keyfiyyətinin davamlı şəkildə artırılması məqsədilə əməkdaşlarımız üçün müntəzəm təlim proqramları həyata keçirilir. Bu təlimlər xüsusilə VIP müştərilərlə effektiv ünsiyyət, fərdi bankçılıq strategiyalarının tətbiqi və premium xidmət standartları üzrə ixtisaslaşmanı əhatə edir. Məqsədimiz odur ki, komandamız yalnız bugünün deyil, sabahın tələblərinə də hazır olsun və hər bir müştəriyə fərdi yanaşma göstərə bilsin.
Bankın daxilində hansı qərarlar və ya strategiya müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına dəstək olur?
AccessBank-da müştəri məmnuniyyəti bizim üçün prioritet məsələlərdən biridir. Bu məqsədlə hər bir müştərinin fərdi ehtiyaclarına uyğun xidmət modeli formalaşdırılıb. Bu yanaşma sayəsində müştəri təcrübəsi daha fərdiləşdirilmiş olur və onlar bank xidmətlərindən daha effektiv, sürətli və rahat şəkildə yararlana bilirlər.
Müştəri məmnuniyyətini ölçmək və inkişaf etdirmək üçün mütəmadi monitorinqlər keçirilir, müştəri rəyləri diqqətlə təhlil olunur. Bu rəylər xidmətlərin təkmilləşdirilməsi üçün birbaşa əsas kimi qəbul edilir. Eyni zamanda, bazar araşdırmaları və müştəri sorğuları əsasında yeni məhsul və xidmətlər üzrə həllər hazırlanaraq tətbiq olunur. Bu çevik və dinamik yanaşma müştəri gözləntilərini qabaqlamağa imkan verir.
2025-ci il üçün hədəfləriniz? 
2025-ci il üçün əsas hədəfimiz – mövcud müştəri məmnuniyyətini qoruyub saxlamaqla yanaşı, xidmət keyfiyyətini daha da yüksəltməkdir. Eyni zamanda, yenilikçi və innovativ həllər təqdim edərək, müştərilərimizin dəyişən ehtiyaclarına daha operativ və effektiv cavab verməyi planlaşdırırıq.
Bununla yanaşı, VIP Club-un lider mövqeyini bazarda daha da möhkəmləndirmək və təqdim etdiyimiz xidmətləri daha geniş auditoriyaya çatdırmaq əsas istiqamətlərimizdəndir. Məqsədimiz – fərqləndirici xidmət modeli ilə premium bankçılıq sahəsində yenə də nümunəvi təcrübə yaratmaqdır.
Maraqlı müsahibə üçün təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq! / banker.az

Banklar     Tarix: 22 aprel 2025

Oxşar xəbərlər

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni


iqtisadi xeberler dollar manat kursu kicik biznes rubl mezenne 1000 manatla biznes