"AccessBank" "VIP Club" məhsulunu "Private Banking" məhsuluna çevirib - QİYMƏTLƏR
"AccessBank" böyük maraq olduğu üçün "VIP Club" məhsulunu "Private Banking" məhsuluna çevirmək barədə qərar qəbul edib.
Marja.az xəbər verir ki, bunu yenilənmiş məhsul ilə əlaqədar keçirilən mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhsuln yaradılması ideyasını rəhbərliyə AccessBank-da 15 ildir çalışan, Xətai filialının rəhbəri Vüsalə Quliyeva təklif edib.
""Private Banking"də təkcə bank xidmətləri təklif etmirik - müştərilərə investisiya, sığorta, turizim, daşınmaz əmlakın alınması, xaricdə təhsil xidmətlərinin təşkilini də təklif edirik, xüsusi endirimlər veririk. Bu xidmətə qoşulan hər bir iş adamının şəxsi (fərdi) meneceri olur. İş adamının filiala gəlməsinə ehtiyac yoxdur, fərdi meneceri 7/24 ona Vatsap üzərindən xidmət göstərir. Bank işlərindən əlavə, müştərinin ehtiyacı olarsa, məsələn, ona biletin, vizanın alınması daxil səyahətin təşkil edilməsi xidmətlərini də həyata keçiririk. İnvestisiya şirkətlərindən biri ilə (ABB-İnvest) əməkdaşlığa başlamışıq. İş adamının vəsaitlərinin idarə olunması xidmətini də təşkil edə bilirik", - Vüsalə Quliyeva bildirib.
"Private Banking" xidmətinə qoşulmaq üçün "AccessBank"ın müştərisi olmaq lazımdır. Müştəri müxtəlif göstəricilər üzrə qiymətləndirilir, onun "Private Banking" xidmətinə uyğun olub-olmadığı bardə qərar verilir.
"Private Banking" məhsulu üzrə standard paketin qiyməti 250 manat, VİP paketinin qiyməti isə 450 manatdır.
Hazırda xidmət üzrə müştəri sayı 1000-i keçib.
Gələcəkdə ayrıca "Private Banking" filialının açılması da nəzərdə tutulur.


İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri