"AFB Bank" fond bazarından yenə 5 mln. faizli borc cəlb etmək istəyir

"AFB Bank" ASC hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsini planlalşdırır.
Banker.az xəbər verir ki, ümumi yerləşdirmə tam baş tutacağı təqdirdə bank 5 milyon manat vəsait cəlb etmiş olacaq. Qiymətli kağızların illik faiz dərəcəsi 13% 24 ay müddətinə verilir. Hər 3 təqvim ayından bir və ya rüblük nağdsız qaydada ödənilir.
Bank sonuncu dəfə eyni şərtlərlə 24.10.2025-ci il tarixə qədər 5 milyon manat cəlb edə bilib. Bu istiqrazlar üçün 80 investor sifariş vermişdi.
İstiqrazların buraxılmasında məqsəd mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsidir. Bununla belə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, strateji hədəflərinin reallaşdırılması, bazar nüfuzunun və payının artırılması, regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsi və iqtisadi rifahın artırılmasına töhfə vermək üçün istiqrazları emissiya etdiyini bildirir.
Emissiya prosesində anderrayter qismində "Assist Finance İnvestisiya Şirkəti" ASC çıxış edir. İstiqrazlar "Bakı Fond Birjası" QSC-nin ticarət platforması üzərindən investorlara təqdim olunacaqdır.
"AFB Bank" ASC 2025-ci ili 4 milyon 257 min manat mənfəətlə başa vurub. 2024-cü ildə bankın mənfəəti 4 milyon 578 min manat olub.
Ötən il "AFB Bank"ın cəmi gəlirləri 35 milyon 934 min manat (əvvəlki ilə nisbətən 14% çox), cəmi xərcləri 34 milyon 963 min manat olub. 2024-cü ildə isə bankın gəlirləri 31 milyon 640 min manat, xərcləri 26 milyon 420 min manat təşkil edib.
Hesabat ayında "AFB Bank"ın aktivləri 423 milyon 4 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 43.3% çoxdur. Bunun 292 milyon 544 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 60% böyüyüb.
Bankın cari kredit reytinqi "Fitch" agentliyi tərəfindən "B" (stabil) səviyyəsində müəyyən olunmuşdur.

Banklar     Tarix: 27 fevral 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler rubl mezenne bitcoin qiymeti dollar məzənnəsi dollar kursu