"AFB Bank"-ın xalis mənfəəti I rüb üzrə 40% artıb

®Ölkənin qabaqcıl banklarından olan "AFB Bank" ASC 2023-ci ilin I rübünü 2.603 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü üçün bu rəqəm 1.854 milyon manat olub, bu isə müqayisədə 40% artım deməkdir. 
Belə ki, cari ilin I rübündə xalis faiz gəlirləri üzrə 3.3 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 1.1 milyon gəlir əldə edilib.
"AFB Bank"ın ümumi kredit portfelində ötən ilin eyni rübü ilə müqayisədə 14%, Kredit satışlarındakı artım isə 9% təşkil etmişdir. 
Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə, hüquqi şəxslərin müddətli əmanətləri isə 2 dəfəyə yaxın artmışdır. 
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 13.75%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3.57% artmışdır.
Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı isə Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilməsinə baxmayaraq, "AFB Bank"da bu göstəricisi 35.69% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 33%-dən çoxdur.
Qeyd edək ki, I rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 73.963 milyon manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, "AFB Bank" hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda "AFB Bank" 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətlərini təklif edir. / banker.az

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri