AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb

AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb11 fevral 2026-cı il tarixində AFB Bank tərəfindən "2025-ci ilin Nəticələri və Strateji Baxış 2029" adlı mətbuat konfransı keçirilib. Tədbirdə Bankın İdarə Heyətinin üzvləri, biznes strukturlarının rəhbərləri, eləcə də ölkənin aparıcı media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi 2025-ci ilin maliyyə nəticələrini ictimaiyyətə təqdim etmək, Bankın 2025–2029-cu illəri əhatə edən yeni Strategiyanı açıqlamaq və rəqəmsal bankçılıq istiqamətində yeni məhsul – MONO kartın rəsmi təqdimatını həyata keçirmək olub.
2025-ci ilin maliyyə nəticələri: Keyfiyyətli və dayanıqlı artım
Mətbuat konfransında çıxış edən Bankın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib ki, 2025-ci il AFB Bank üçün güclü maliyyə nəticələri və struktur inkişafı ilə yadda qalıb. İl ərzində Bankın aktivləri 43,3% artaraq 423,0 milyon manata çatıb ki, bu da balans strukturunun daha da möhkəmlənməsinə şərait yaradıb. Kredit portfeli 300,7 milyon manata yüksələrək illik əsasda 64,2% artım nümayiş etdirib. Portfelin 55%-i biznes kreditlərinin payına düşür. Bunun 42%-ni KOS və korporativ kreditlər, 13%-ni isə mikro və aqro kreditlər təşkil edir. Qalan 45% isə ipoteka və pərakəndə kreditlərin payına düşür. Eyni zamanda depozit portfeli 226,4 milyon manata çatıb ki, bu da müştəri etimadının gücləndiyini göstərir.
Bank ötən il 4,26 milyon manat xalis mənfəət əldə edib. Bankın gəlirləri əvvəlki dövrlə müqayisədə 17,6% artaraq 36,7 milyon manata yüksəlib ki, bu da gəlirlilik göstəricilərinin yaxşılaşdığını təsdiqləyir. Kapital adekvatlığı və likvidlik göstəriciləri normativ tələblərdən yüksək səviyyədə saxlanılıb və bu, Bankın maliyyə dayanıqlılığının möhkəm olduğunu nümayiş etdirir. Rəhbərlik vurğulayıb ki, əldə olunan nəticələr effektiv risk idarəetməsi, balanslaşdırılmış portfel siyasəti və əməliyyat effektivliyinin artırılması hesabına mümkün olub.
2025–2029 Strategiya: İnkişafın yeni mərhələsi
AFB Bank-ın 2025–2029-cu illəri əhatə edən Strategiya Bankın inkişafının yeni mərhələsini müəyyən edir və beş əsas istiqamət üzrə formalaşdırılmış ambisiyalı hədəflərə əsaslanır. Strategiyanın mərkəzində əsas seqmentlərdə müştəriyönümlü artım dayanır – kredit portfelinin genişləndirilməsi, aktiv müştəri sayının artırılması, bir müştəriyə düşən məhsul sayının yüksəldilməsi və pərakəndə əmanət portfelinin böyüdülməsi prioritet istiqamətlər kimi müəyyən olunub. Eyni zamanda Bank ekosistem əsaslı bankçılıq modelinə keçidi sürətləndirərək tərəfdaşlıqlar vasitəsilə cəlb olunan biznes və pərakəndə müştərilərin sayını artırmağı, aktiv tərəfdaş şəbəkəsini genişləndirməyi və müştəri ömürlük dəyərini yüksəltməyi hədəfləyir.
Strateji məqsədlərin mühüm komponentlərindən biri insan toxunuşlu rəqəmsal bank modelinin qurulmasıdır. Bu çərçivədə tam rəqəmsallaşdırılmış müştəri təcrübəsinin təmin olunması, kredit verilmə müddətinin optimallaşdırılması, mobil tətbiq üzrə aylıq aktiv istifadəçi sayının artırılması və onlayn pərakəndə kreditlərin payının yüksəldilməsi əsas metriklər kimi müəyyən edilib. Paralel olaraq, güclü brend kimliyinin formalaşdırılması – brendin tanınma səviyyəsinin artırılması, NPS və CSAT göstəricilərinin yüksəldilməsi və media sentiment göstəricisinin yaxşılaşdırılması strateji prioritetlər sırasındadır.
Strategiyanın beşinci istiqaməti isə adaptiv və nəticə yönümlü təşkilat modelinin qurulmasını nəzərdə tutur. İşçi bağlılığı göstəricisinin artırılması, işçi başına düşən gəlirin yüksəldilməsi, dövriyyə əmsalının optimallaşdırılması, xərc/gəlir nisbətinin yaxşılaşdırılması və strategiyanın icra göstəricisinin davamlı nəzarətdə saxlanılması Bankın institusional dayanıqlığını gücləndirəcək əsas amillər kimi müəyyən olunub. Bu yanaşma AFB Bank-ın 2029-cu ilədək bazarda daha güclü mövqe tutmasını və davamlı inkişaf modelini təmin etməyi hədəfləyir.
Mətbuat konfransında çıxış edən AFB Bank-ın İdarə Heyətinin Sədri qeyd edib:
"2025-ci il AFB Bank üçün keyfiyyətli artım və institusional güclənmə ili oldu. Biz yalnız maliyyə göstəricilərində deyil, idarəetmə yanaşmasında, risk mədəniyyətində və müştəri təcrübəsində də mühüm irəliləyiş əldə etdik. 2025–2029-cu illəri əhatə edən yeni strateji baxışımız Bankın davamlı və sistemli inkişafına xidmət edir. Məqsədimiz bazarda daha güclü mövqe, daha yüksək effektivlik və müasir bankçılıq modelinə tam keçiddir."
Tədbirin mühüm hissələrindən biri də AFB Bank-ın yeni məhsulu – MONO kartın təqdimatı olub. MONO kart müasir istifadəçi tələblərinə uyğun hazırlanmış, rahat, sürətli və rəqəmsal üstünlüklərlə zəngin bank məhsuludur. Kart müştərilərə gündəlik maliyyə əməliyyatlarını daha çevik və intuitiv şəkildə həyata keçirməyə imkan verir.
MONO kart Bankın rəqəmsal inkişaf strategiyasının mühüm komponentlərindən biri olmaqla, innovativ məhsul portfelinin genişləndirilməsi və müştəri təcrübəsinin yeni mərhələyə daşınmasına xidmət edir.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb, Bankın gələcək planları və bazar perspektivləri ilə bağlı geniş izahat verilib. AFB Bank qarşıdakı dövrdə də şəffaflıq, dayanıqlı inkişaf və innovasiya prinsiplərinə sadiq qalaraq maliyyə sektorunda etibarlı tərəfdaş mövqeyini möhkəmləndirməyi hədəflədiyini bəyan edib.

/ marja.az

Banklar     Tarix: 16 fevral 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler rubl mezenne bitcoin qiymeti dollar məzənnəsi dollar kursu