AMB banklara sonuncu instansiya kreditoru kimi yeni qaydada kredit verəcək – Likvidlik çatışmazlığı ilə üzləşənlərlə bağlı
Qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara Mərkəzi Bank sonuncu instansiya kreditoru kimi yeni qaydada kredit verəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.
Layihəyə əsasən, Mərkəzi Bank qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara sonuncu instansiya kreditoru kimi müddəti altı aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verə bilər. Belə kreditlərin digər şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur. Maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda Mərkəzi Bankın İdarə Heyəti daha uzun müddətə sonuncu instansiya krediti verə bilər. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?