AMB: "Günay Bank"ın ləğv edilməsi "Günay Sığorta"da kapital çatışmazlığı yarada bilər
Mayın 16-da "Günay Bank"ın lisenziyasının ləğv edilməsi eyni zamanda onun səhmdarı olduğu şirkətlərdə, o cümlədən "Günay Sığorta" şirkətində kapital çatışmazlığı yarada bilər. Bu isə həmin şirkətlərin fəaliyyətinin davam etdirilməsini sual altına sala bilər.
"Günay Bank" ASC-nin lisenziyasının ləğv edilməsinin "Günay Sığorta" ASC-yə təsirləri Mərkəzi Bank tərəfindən qiymətləndirilir. Bununla əlaqədar qısa zamanda əlavə məlumat verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,48 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri), 21,62 %-i isə "Günay Bank"a məxsusdur. / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?