Avropa bankı Azərbaycan şirkətinə 4,2 milyon dollara qədər kredit ayırır

Avropa bankı Azərbaycan şirkətinə 4,2 milyon dollara qədər kredit ayırırAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) qurğuşun turşusu akkumulyatorlarının təkrar email ilə məşğul olan "Az-Lead" şirkətinə 4,2 milyon ABŞ dollarına qədər kredit ayırır.
AYİB-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Şirkət, istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. Əməliyyat Avropa Dayanıqlı İnkişaf Fondu (ADİF) zəmanəti ilə dəstəklənəcək.
İnvestisiya şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və "Az-Lead"ə aylıq istehsalını 500-dən 800-ə və nəhayət, 1000 tondan çox artırmağa imkan verəcəkdir. Bu, şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna potensial artan tələbatı ödəməyə imkan verəcəkdir.
Maliyyələşdirmə ilə yanaşı, həmçinin Bank,  kiçik və orta müəssisələr (KOB) üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə (ƏMSİ) yolunda şirkətə dəstək verəcəkdir.
Bu investisiya layihəsi Şərq Tərəfdaşlığı regionunda Aİ-nin İqtisadi və İnvestisiya Planının (İİP) həyata keçirilməsinə töhfə verir. İPP-nin Azərbaycan üçün əsas prioritetlərindən biri yerli müəssisələri dəstəkləyərkən ölkə iqtisadiyyatının şaxələndirilməsi və yaşıllaşdırılmasına kömək etməkdir.
ADİF, Aİ-nin qonşuluğunda bələdiyyə infrastrukturu, nəqliyyat və logistika, sənaye, eləcə də tikinti sektorlarında layihələr üçün mövcud olan risklərin azaldılması alətidir. ADİF zəmanətinin iki strateji prioriteti var: Covid-19 pandemiyasından mənfi təsirlənən borcalanlara dəstək olmaq, həmçinin yaşıl iqtisadiyyata keçidi dəstəkləyən layihələr üçün maliyyə axınını sürətləndirmək.
AYİB-in Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bowman qeyd edib: "Biz Azərbaycanda ilk dairəvi iqtisadiyyat layihəmizi dəstəkləməkdən məmnunuq. "Az-Lead" tullantı kimi atılması nəzərdə tutulan akkumulyatorları təkrar emal edir. Bizim dəstəyimizlə şirkət ətraf mühiti qoruyarkən Azərbaycan ixracını artıracaq təkrar emal və saflaşdırma potensialını gücləndirməyi hədəfləyir. Biz Aİ-nin Dairəvi İqtisadiyyat Fəaliyyət Planına tam uyğun olan bu layihəni dəstəkləməkdən məmnunuq".
Avropa Komissiyasında Aİ-nin Şərq Qonşuluğu və İnstitusional Quruluş üzrə Direktoru Lourens Meredit əlavə edib ki, "Biz Azərbaycan və Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planımıza uyğun olan AYİB-in bu investisiyasını tam dəstəkləyirik. Aİ zəmanətinin dəstəyi sayəsində biz ölkədə yaşıl keçidə öz töhfəmizi veririk və yeni məşğulluq imkanları yaradırıq".
"Az-Lead" 2014-cü ildə yaradılıb və Sumqayıt Sənaye Zonasında yerləşir. Şirkət təmizlənməmiş qurğuşunun ən böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsullarını beynəlxalq miqyasda ixrac edir.
AYİB Azərbaycanda bu günə qədər maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında əksəriyyəti özəl müəssisələr olmaqla 185 layihəyə 3,6 milyard dollardan çox sərmayə yatırmış aparıcı institusional investordur. / marja.az

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri